Beyləqan xəstəxanasında “köhnə ənənələri” yaşadan yeni direktor – Nə dəyişdi ki?

Beyləqan xəstəxanasında “köhnə ənənələri” yaşadan yeni direktor –
Beyləqan rayon xəstəxanasındakı vəziyyət hər kəsə bəllidir. Məlumdur ki, xəstəxananın əvvəlki direktoru Nurəngiz Bəşirova 3 Saylı Sabunçu Şəhər Klinik Xəstəxanasına direktor təyin olundu. Əslində bu mənim tərəfimdən təqdir olunur. Beyləqan rayon xəstəxanasına isə Bayram Muradovu təyin olundu. Daha doğrusu, Bayram doktoru Nurəngiz Bəşirova bu vəzifəyə təyin etdirdi. Danılmaz faktdır ki, Bayram Muradovun “karyera yüksəlişi” Nurəngiz Bəşirovanın “xeyir-duası” ilə reallaşdı. Yoxsa, nə illah olsa da Vüqar Qurbanov Bayram Muradovu qəti Beyləqan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin etməzdi. Niyə təyin etdi, hansı şərtlə təyin etdi bu bizi hələ ki, ilgiləndirmir. Fakt odur ki, Beyləqan xəstəxanasının direktoru dəyişdi. Yəni əl dəyişdi. Qaydalar isə dəyişməyib.
Artıq indi Beyləqan xəstəxanasında, necə deyərlər, hər şey yeni direktorun əli ilə “yerbəyer” olunur. Bu isə, İlanı Seyd Əhməd əli ilə tutmaq deməkdir. Məsələ ondadır ki, Bayram doktor da bu işdə yeni olduğundan, idarəetməni bilmədiyindən deyilənlərlə tez razılaşır. Həm də o çox sadəlövhdür.
Xatırladaq ki, Beyləqan rayon xəstəxanasında son illər işə götürülən işçilərin (tibb bacılarının) azından orta tibb təhsili yoxdur. Əksəriyyəti 3 ya 6 ay kurs keçmiş şəxslərdir ki, onlar Beyləqan xəstəxanasında tibb baçısı və baş tibb bacısı ştatlarına təsdiq olunub, işləyirlər. Hətta illərlə kənd xəstəxanalarında xadimə işləyən şəxslər var ki, sonradan onlar 3 aylıq kurs keçməklə tibb bacısı və yaxud baş tibb bacısı vəzifəsində işləyirlər. Xadimələrdə var ki, adları ştat üzrə xadimə kimi göstərilsə də, lakin hansısa “xidmətləri” qarşılığında qeydiyyayçı kimi kompüter arxasında otuzdurulublar. İnsafən desək, əvvəlki rəhbərliyin dövründə belə “ştat”lar olmurdu. Hər kəs öz işi ilə məşğul olurdu.
Hələ bunlar bir yana qalsın, xəstəxananın qaçaqar və sair kişi işçilərinin adı ştat üzrə hansısa şöbədə və həkim yanında xadiməçi gedir. Özləri kişi işi ilə məşğul olsalarda, ancaq adları ştat cədvəlində xadimə gedir. İndi təsəvvür edin ki, burda vəziyyət necə acınacaqlı, necə çirkindir. Axı kişi hara, xadiməçi hara… kişinin xadiməçi işləməsi hansı kitabda yazılıb, Vüqar Qurbanov? Olmaya, TƏBİB-in kitabında yazılıb biz xəbərsizik? Vüqar Qurbanov, onu da deyim ki, siz özünüzdə yaxşı bilirsiniz ki, Beyləqan xəstəxanasında nə baş verir, hansı həngamələrdən çıxılıb və çıxılırda. Sadəcə olaraq yaxşı mala çəkməyiniz var. Amma hara qədər? Hara qədər malalayacaqsınız, axı? Sizdən əvvəlki, Ramin Bayramlı da bir ara min hoqqadan çıxdı, nə oldu? Hardadı indi? Gec-tez əmin olun ki, sizdə onun taleyini yaşayacaqsınız.
Çox qəribədir ki, bu günləri Beyləqan xəstəxanasında baş verən bütün qanunsuzluqları yenə də köhnə rəhbərliyin və hazırda xəstəxananın insan resursları şöbəsinin müdiri Mətanət Qarayevanın üzərinə atırlar. Belə yerdə deyirlər, adın çıxınca canın çıxsa yaxşıdır. Güya ki, vaxtilə də elə indinin özündə də bütün işləri kadrlar şöbəsi qarışdırırmış. Hansı ki, bir müddət “tik-tok” və sosial şəbəkələrdə Nurəngiz Bəşirova ilə bağlı tənqidi yazıları və müəyyən əmrləşmə sənədlərini də kadrlar şöbəsi onlara ötürməklə ictimailəşdirilməsinə vəsilə olub. Nə köhnə rəhbərliyi nə də yeni rəhbərliyi kadrlar şöbəsi saymayıb, özü necə bilirmişsə elə də edirmiş. Biz sözlə, kadrlar şöbəsi iç düşmən imiş.
Bu gün də şəyə gəzir ki, elə köhnə rəhbərliyi də İnsan Resursları şöbəsinin müdiri Mətanət Qarayeva didərgin salıb. Hər dəfə onun qanunsuz işlərinə görə köhnə rəhbərlik hüquq mühafizə orqanlarında, prokurorluqda izahat verməli, dindirilməli olurdu. Güya bu üzdən də köhnə rəhbərlik bezdi və başını götürüb Bakıya qaçdı. Əslində isə onun heç Bakıya gəlmək fikiri yox imiş. Dolaşan söhbətlərə görə, Nurəngiz Bəşirova Sabunçu xəstəxanasına təyin olandan sonra Mətanət Qarayeva Beyləqan rayon xəstəxanasına direktor keçmək istəyirmiş, lakin N. Bəşirova buna imkan verməyib. Və o, çətinliklə də olsa Bayram Muradovu öz yerinə direktor təyin etdirib.
Biz isə öyrənmişik ki, Mətanət Qarayeva savadlı,bacarıqlı, işini bilən və özünə hörmət edən xanımdır. Hətta onun Beyləqan rayon xəstəxanasına direktor gəlmək arzusu belə olmayıb. N. Bəşirova ilə çox səmimi münasibətləri, ailə yaxınlıqları olub. Nurəngiz xanım Bakıya təyinat aldıqdan sonra M. Qarayeva da işdən çıxmaq istəyib, lakin yeni rəhbərlik onu xahiş minnətlə saxlayıb ki, ona kömək eləsin.
Öyrənmişik ki, Mətanət xanım dürüst, ləyaqətli və gözü tox xanımdır. Onun əvvəllərdə, elə indinin özündə də heç bir korruptiv işlərdə əl olmayıb. Yalnız ona nə deyilibsə, onu da edib. Deyilənləri etmək də idarəçilik prinsiplərindən biridir. Yəni qaydalara uyub, ona verilən əmri yerinə yetirib.
Biz qəti şəkildə Mətanət xanım barəsində dolaşan söhbətləri rədd edir, onun həqiqət olmadığını düşünür, məhz bunu sübut etmək üçün də 3 illik kadrlar şöbəsinin iş fəaliyyətini işlərinin yoxlanılması üçün ölkənin Baş prokurorluğuna müraciət etməyi düşünürük.
Gec-tez haqq öz yerini tapmalıdır. //reamedia.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...