“Məni Faiq Abdullayev qeyri-qanuni olaraq işdən çıxardıb” – ETİRAZ

“Məni Faiq Abdullayev qeyri-qanuni olaraq işdən çıxardıb” –
Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevin onu qeyri-qanuni işdən azad etməsindən narazılığını bildirir.”Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.Məni xəstəxananın baş həkimi Faiq Abdullayev qeyri-qanuni olaraq işdən çıxardıb.1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin “mənə nə, çıx çölə”, – deyə otağından qovdu.Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər.Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.Onu da qeyd edim ki, xəstəxananın təmiri üçün dövlət tərəfindən ayrılan pullar “yeyildiyindən”, 3-cü mərtəbə təmirsiz qalıb. Bunu video çəkiliş vasitəsilə sübut edə bilərəm”.Məsələ ilə əlaqədar Faiq Abdullayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...