Fuad Babayev və dəstəsi "KOMADA" - təhsilimiz bu qruplaşmadan necə xilas oldu? - Sabiq müdür yenidən məktəb direktoru olmaq iddiasındadır..

Fuad Babayev və dəstəsi "KOMADA" - təhsilimiz bu qruplaşmadan necə xilas oldu? -
BABAYEV-ALICANOV HƏTƏMOV TUROSU

Azərbaycanda Ceyms Bond kimi gözəgörünməz, amma bir altdan, bir üstdən iş görən, şəbəkə quran, "bandası" ilə müxtəlif yarıgizli, yarıaşkar "əməliyyat"lar keçirən məmurlar var. Onlar uzun müddət komandanın başında dayanmaqla xərçəng kimi yayılan bir idarəetmə mexanizmi qururlar: öz adamlarını vəzifələrə təyin etmək, dost-tanış adına MMC qurub tenderlər vasitəsi ilə pul silmək, yaxın çevrəni postlara yerləşdirməklə biznes imkanlarını genişləndirmək... Bu xüsusiyyətləri Bakı şəhər Təhsil İdarəsinin Ümumi təhsil sektorunda rəhbər olmuş Fuad Babayevdə də görmək mümkündür. Amma onun erası ötən həftədən etibarən başa çatıb. Rubrika.Az-ın xəbərinə görə, sektor müdiri vəzifəsi ilə vidalaşıb. Belə ki, F.Babayevə "qara kağız" gəlib və işindən uzaqlaşdırılması haqda əmr verilib. Bu bəd xəbəri kabinetində alan F.Babayevin son dərəcə məyus olduğu, hətta əhvalının pisləşdiyi bildirilir. Onunla yanaşı oxşar vəziyyətə düşənlər arasında yaxın adamı Rəşad Alcanovun da adı keçir. Həmçinin, Bakının Yasamal rayonu, 60 saylı tam orta məktəbin direktor səlahiyyətlərini yerinə yetirən Tural Hətəmov əl-ayağa düşüb. Bu həyəcanın və qorxunun iki səbəbi var: əvvəla, onları vəzifələrə yerləşdirən
Fuad Babayev olmuşdu. Yəni indi onların karyera yüksəlişi, daha ciddi təyinat gözləməyə bilər. Deməli, Rəşad Alıcanovun da, Tural Hətəmovun da, eləcə də Fuad Babayevin ayrı-ayrı təhsil ocaqlarına direktor əvəzi və yaxud daimi əmirlə direktor təyin etdirdiyi adamlarının kitabı bağlandı. Ümumiyyətlə, Fuad Babayev elə bir qruplaşma yaratmışdı ki, onun miqyası geniş idi - məktəblərə direktor əvəzi təyinetmələr, yeyintilər, öz adamlarının əli ilə maliyyə maxinasiyaları... İndisə Babayev və dəstəsinə "davay, do svidaniya" dedilər. İndi bu komandanın, xüsusən də Babayev-Alcanov-
Hətəmov trisounun böyük təşviş içində olmasının ikinci səbəbinə gəlincə, bu da maliyyə təftişi ilə bağlıdır. Vəzifəsindən azad edilən keçmiş sektor müdiri Fuad Babayev və adamları qorxu içindədir ki,hüquq mühafizə orqanları tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində onların böyük mənimsəmələri, korrupsiya faktları aşkarlana bilər. Əgər hüquq-mühafizə orqanları bu təftişi həyata keçirsələr, ortalığa ciddi yeyinti halları çıxarsa, ilk növbədə Fuad Babayevə cinayət işi açılması istisna deyil. Ona görə də həm işindən olan, həm məktəblərə direktor əvəzi təyin etdiyi adamları xirtdəyə qədər özbaşınalıqların içərisində olan Babayev üçün çətin dönəmdir.
Onu da demək yerinə düşər ki, Fuad Babayev daha çox paytaxt məktəblərində “imtahan keçirərək” öz yaxınlarını rəhbər vəzifələrə gətirməklə məşğul idi. Təkcə onu qeyd etmək kifayətdir ki, xüsusi diqqətlə onlarla şəxslər F.Babayevin “imtahan”ından "yüksək bal" toplayaraq direktor təyin olunublar. Bu bal toplama necə baş verirsə, sonradan direktorlar “bal tutan barmağın yalayar” prinsipi ilə işləyirlər.
Məlumatlara görə, Fuad Babayev qəbul edilən islahat proqramlarını, qərarları çoxdan tarixin arxivinə göndərib. F.Babayev adı ictimaiyyətə hələ 95 saylı ümumtəhsil məktəbdən tanışdır. Belə ki, mediada gedən xəbərlərdə onun bu məktəbdə adı xoşagəlməz iddialarla hallanmışdı. Yəni heç də müsbət reputasiyası, imici olan bir təhsil məmuru kimi tanınmır. Hətta Fuad Babayev "makler" deyə təhsil ictimaiyyətində ad çıxarmış biri idi. Hətta deputat Etibar Əliyev də onu ittiham etmişdi və "makler" adlandırmışdı. Sitat: "Məktəbdə tədris mühitini direktorlar korlayır. Bunu bilərəkdən edirlər. İki misal çəkəcəm: məktəblərin birində çalışan elmlər namizədi, "Tərəqqi" medalı ilə təltif olunan, "İlin müəllimi" seçilən direktor müavinini kənara qoyub, başqa məktəbdən bioqrafiyası çirklənmiş şəxsi həmin məktəbə direktor təyin ediblər. Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir. Bu nə deməkdir? Məqsəd kollektivdə nifaq və rüşvətxorluq mühiti yaratmaqdır".
Bəli, bu sözləri havadan götürməmişik, bir millət vəkilinin səsləndirdiyi fikirlərdir. Deputat görünür ki, Babayevin "makler" kimi əməllərinə yaxşı bələd olub. O deməkdir ki, Fuad Babayev haqda hər hansı müsbət fikir və məlumata rast gəlinmir. Xatırladırlq ki az öncə müstəqil jurnalist Nicat Mahmudov imzası ilə bu barədə müxtəlif xəbər sayıtlarında tənqidi yazılar dərc edilmişdir. Bundan əlavə, KİV-də rast gəlinən informasiyalarda deyilir ki, Babayev xüsusi maraqlar naminə qorunur və məhz bu səbəbdən də arxayınçılıqla öz bildiklərini edirmiş.
F.Babayevin əsas fiqurantlarından olduğu qruplaşma bir çox hallarda məqsədli şəkildə sabotajla məşğul olur, hətta təxribata belə əl atırlarmış. Bu qruplaşmada “bank və katalizator” rolunu rolunu oynayan F.Babayevin fəaliyyəti isə artıq bütün əndazələri aşmışdı. Odur ki, onu işindən çıxarıb bu sektordan uzaqlaşdırdılar. Hazırda isə Fuad Babayevin himayəsi ilə direktorluğa təyinat alan şəxslər təşfiş içindədirlər. Nə deyək, Babayev və dəstəsinin qəzası mübarək, təhsilimizin isə gözü aydın olsun!

Arif Astara
RUBRİKA. AZ


Yazıya qarşı tərəfin açıqlamasını da əlavə edə bilərik.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...