Şəmkir Rayon İcra Hakimiyyətinin YOLA DÜZÜLƏN TENDER PULLARI...

Şəmkir Rayon İcra Hakimiyyətinin

Şəmkir Rayon İcra Hakimiyyəti 3 ayda tenderə 2 milyondan çox pul ayırıb. Onun böyük hissəsinin tenderinin fotolarını rəsmi təqdim etsək də digər tenderlər kölgədədir.

Ən sonuncu tender müqaviləsi isə "AGAH GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şəmkir şəhəri, Həsən Əliyev küçəsində abadlıq işlərinin satın alınmasına görədir. Bu səbəbdən "AGAH GROUP” MMC ilə 82.701,59 AZN-lik müqavilə imzalanıb. Bildirək ki, "AGAH GROUP" MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Cavid Nəzərovdur.

Bu ay nəqliyyat vasitələrinin cari təmiri işlərinin və bununla bağlı tələb olunan malların satın alınması ilə bağlı "EKO AVTO" MMC ilə 10.671,92 AZN-lik müqavilə bağlanıb. Maraqlı budur ki, icra hakimiyyətinin ən çox tenderi "AGAH GROUP" MMC ilədir. Şirkətlə icra orqanı arasında sentyabr ayında “Şəmkir şəhəri üzrə küçələrin cari təmiri” ilə bağlı 482 min 478 manat 8 qəpiklik müqavilə imzalanıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin
Şəmkir Rayon İcra Hakimiyyətinin
Şəmkir Rayon İcra Hakimiyyətinin
Şəmkir Rayon İcra Hakimiyyətinin



“KRB PROJECTS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə isə Şəmkir rayonunda avtomobil yollarının əsaslı təmirinə görə 1 milyon 267 min 325 manat 64 qəpik dəyərində müqaviləyə imza atılıb.

Son 2 ildə isə Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin pulları göylərdədir. Belə ki, 2022-2023-cü illərdə icra orqanı şirkətlərə 3 miyon 420 min manat dəyərində pul köçürüb. "AGAH GROUP” MMC ilə 3 müqavilə imzalanıb. Bu anlaşmalara görə köçürülən pulun dəyəri 1 milyon manatdır. Sözügedən şirkətə icra hakimiyyəti tərəfindən “İstilik sisteminin əsaslı təmiri”nə görə 219.244 AZN, Şəmkir şəhəri üzrə küçələrin cari təmirinə görə 876.784,73 AZN köçürülüb. 2022-ci ilin dekabrında isə Şəmkir şəhəri üzrə yaşayış evlərinin cari təmirinə görə “İNŞAAT TƏMİR-TİKİNTİ İSTEHSALAT BİRLİYİ (TTİB)" MMC ilə 329.689,07 AZN-lik müqavilə imzalanıb.

Yazıda ünvan göstərilən yerlərin və alınan avadanlıqların yoxlanılması aidiyyəti orqanın üzərinə düşür. Verilən məlumatlara görə, işlərin bir qismi görülüb, digər işlər isə sual altındadır. Hətta görülməyən işlər də var ki, ona da tender elan edib maliyyə götürülüb.

Qarşı tərəfin mövqeyini örgənməyə hazırıq.

Azər,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...