DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür
Dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarını , vətəndaşlara layiqli həyat səviyyəsini təmin etmək olduğunu Konstitusiyanın 12-ci maddəsi doğrulayır. Ana Qanunun 38-ci maddəsi sosial təminat, 60-cı maddəsi inzibati və məhkəmə təminatı, 68-ci maddəsi vicdanlı davranış və özbaşınalıqdan müdafiə hüququnu əsas insan və vətəndaş hüquq və azadlıqları kimi doğrulayır. Dövlətin ən yüksək hüquqi qüvvəyə malik olan qanununun – Konstitusiyanın bu maddələrini vurğulamaqda amacımız dövlətin sosial müdafiə qurumlarının sosial təminat, məhkəmə müdafiəsi hüququna vicdansızlıqla, özbaşınalıqla, dələduzluqla qadağa qoymasını diqqətə çatdırmaqdır.
ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ( DSMF) pensiya təminatı qurumları nə qanun sayır, nə məhkəmə , nə də Konstitusiya. Bu sətirlərin yazarının pensiyaların düzgün hesablanmamasından, prezident fərmanlarının, NK qərarlarınının, “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsinin Qarabağ əlillərinə, qazilərə tətbiq edilməməsindən çoxillik şikayətlərinə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023 tarixli, onun müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla 1-ci dərəcəli Qarabağ əlilinin təminat xərcliyinin 100 faizindən formalaşan pensiyasını özbaşına hissələrə bölüb (?), pensiya məbləğinə məhkəmə qərarı ilə ayrılan 110 manatın əlavə edildiyini , 30 gün müddətində məhkəməyə müraciət etmək hüququnu bildiriblər. Məhkəmə mart ayında iddianı icraata götürüb , aprel ayından pensiyaya məhkəmə qərarı ilə əlavə olunan 110 manatı cavabdeh – borclu XŞTMF özbaşına kəsib, pensiyanı daha 138.79 manat azaldıb. Özbaşınalığa, dələduzluğa baxın, dövlətin adından çıxarılan 05.07.2017 tarixli məhkəmə qərarını 6 ildən sonra üzərinə öhdəlik qoyulan pensiya təminatı orqanı kəsir!(?) Burda deyiblər, Əzrayıl bala paylayır, cavab verdi ki, balası lazım deyil, öz balamıza dəyməsin. XŞTMF də pensiyanı artırmaq yerinə, məhkəmə qərarı ilə ayrılanı da kəsib.
9 aydır məhkəmə qərarı ilə ayrılan pensiyanın kəsilə bilməzliyini bütün dövlət orqanları bildirsə də, DSMF-in pensiya təminatı orqanlarına anlada bilmirlər. 9 aydır özbaşınalıq, dələduzluq “dedığım dedik, çaldığım düdük” prinsipi ilə sürür. Əksinə, 9 aydır borclu dövlət orqanı ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanlarına “konstitusiya hüququ”ndan dərs” keçir ki, vətəndaşın vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi var, məhkəmənin əsaslandığı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv olunduğundan, məhkəmə qərarı da ləğv olunub və s. və i.a. Tərs kimi Ombudsman, qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi də borclunun bu dərsinə 3-5 manat müavinət-yardım qarşılığında uyur. Nə qədər anladırsan ki, dövlətin adından çıxarılan məhkəmə qərarını heç dövlətin ( prezidenti, qanunverici , məhkəmə hakimiyyəti) özü də ləğv edə bilməz, anlamazlıq sürür.
Bu günlərdə DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov baş prokurluqdan, Prezident Administrasiyasından daxil olan şikayətlərə 15 gün sonra göndərdiyi 13.11.2023 tarixli cavabla XŞTMF-nin 9 aydır kəsdiyi 110 manatın məhkəmə qərarı ilə yox, “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsi ilə verildiyini və 2021-ci ilə kimi verilməli olduğu halda, yanlış olaraq 2023-cü ilin apelinə kimi verildiyindən 3188.72 manat tələbkarın borcluya borclu olduğunu bildirib.(?) Özbaşınalığa, Konstitusiyaya, məhkəməyə hörmətsizliyə baxın, borclu dövlət pensiya orqanı tələbkar Qarabağ qazisindən borc tələb edir. Departament müdirinin məhkəmə qərarını danan məktubunu kimin hazırladığını bilmirik, amma onu bilirik ki, ümumiyyətlə pensiyadan tutma yalnız məhkəmə qərarı ilə mümkündür. “Əmək pensiyaları haqqında” qanunun 39-cu maddəsində belə yazılıb. O ki qaldı 6 ildən sonra məhkəmə qərarının görməzliyə vurulmasına, 110 manatın məhkəmə qərarı ilə ayrıldığını XŞTMF-nin direktoru Ş.Əliyev və müavinləri rəsmi məktublarla bildiriblər. Müavin K. Sarıyevin 08.04.2022 tarixli cavabını bir daha diqqətə çatdırırıq: “ ..müvafiq MƏHKƏMƏ QƏRARINA ƏSASƏN 110 manat məbləğində əlavə hesablanmaqla pensiyanın üzərinə əlavə edilərək ödənilir”. Direktor Şahin Əliyev, müavini Elnur Qurbanov da yanvar-fevral aylarında eyniməzmunlu məktublarla 110 manatın məhkəmə qərarı ilə ayrıldığını bildiriblər. 9 aydan sonra 110 manatın “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsinə əsasən verilməsini saxtalıqla iddia etmək nədən qaynaqlanır? Axı , ümumiyyətlə, bu maddə 15 il qüvvədə olduğu müddətdə Qarabağ əlillərinə dələduzluqla tətbiq olunmayıb!(?) . Belə çıxır, qüvvədən düşəndən sonra qanun qazilərə “tətbiq olunub”? Onu da vurğulayaq ki, 1 BİİM-in dövlətin adından çıxardığı 05.07.2017 tarixli məhkəmə qərarında da 19.1.7 maddəsinə yox, 19.2.5 maddəsinə əsaslanılıb.
DSMF-in pensiya təminatına cavabdehlik daşıyan qurumlarının cinayətkar saxtalığının 9 aydır sürməsində ali dövlət hakimiyyəti, hüquq mühafizə orqanlarının, məhkəmənin özünün suçu böyükdür. 9 aya dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin edə bilməyən qurumlardan nəsə gözləməyə dəyərmi? Hamı pensiyadan 3-5 manat payını alıb susur, ən yaxşı halda müraciət edənə cavab verməyi tapşırır. Cavab isə məhkəmə qərarının danılması ilə verilir. Maraqlıdır ki, sonda iddianın mümkün sayılmaması haqqında 13.09.2023 tarixli qərardaddan (h. Bəhlul Cəlaliv) danışılır. İddianın mümkün sayılmaması haqqında qərardad isə elə 6 il qabaqkı 05.07.2017 tarixli QƏRARın qüvvədə olması ilə əsaslandırılıb. DSMF-in pensiya , məhkəmə-vəkil orqanlarının (?-bəli, bəli, DSMF-də 39 saylı vəkil bürosu məhkəmə filialı kimi fəaliyyətdədir-M.B.) məhkəmə dələduzluğuna baxın, məhkəmə qərarını 6 ildən sonra “ləğv edib” icrasını dələduzluqla dayandırırlar, məhkəmə isə bu icrası dayandırılan qərarı əsas tutub, iddianı mümkün saymır.
Dələduzluq, korrupsiya cinayəti isə 9 aydır sürür. Bəyəm dövlətin ali məqsədi sosial təminat, məhkəmə təminatı, özbaşınalıqdan müdafiə hüququna qadağa qoymaqdır? DSMF-in pensiya təminatı qurumlarının 9 aylıq özbaşınalığı belə fikirləşməyə əsas verir.
482 dəfə oxundu