Mehriban Vəliyeva bu şirkətlə müqavilə bağladı – 34 min manata tüstü borularını təmizləyəcəklər

Mehriban Vəliyeva bu şirkətlə müqavilə bağladı –
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin satın alınması” ilə bağlı elan etdiyi tenderin qalibi olan şirkətlə müqavilə bağlayıb.

32gun.az xəbər verir ki, qalib şirkət “YANĞIN TEXNIKI İSTEHSALAT SERVIS” MMC ilə Bakı şəhəri üzrə Təhsil idarəsi arasında imzalanmış müqavilənin məbləği 34.200 AZN-dir.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “YANĞIN TEXNIKI İSTEHSALAT SERVIS” MMC-nin qanuni təmsilçisi MURADAĞA CANAĞAYEV TOFİQ OĞLUdur.

Xatırladaq ki, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti olaraq Mehriban Vəliyeva icra edir. M.Vəliyeva həmçinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...