“Qaçqınkom”un tabeliyindəki departament 2 manatlıq şirkəti qalib etdi – 100 MİN AZN-lik tenderdə

“Qaçqınkom”un tabeliyindəki departament 2 manatlıq şirkəti qalib etdi –
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin “Bakı və Sumqayıt şəhərlərində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri” ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Murad Age Construction” MMC olub.

Tərəflər arasında 99.283,16 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 2 manat olan “Murad Age Construction” MMC-nin qanuni təmsilçisi QASIM RÜSTƏMOV YƏHYA Oğludur.

Xatırladaq ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...