Direktor göstəriş verdi, məktəbdə ağaclar kəsildi - Nazirlik texniki işçini cərimələdi
Bakıda məktəb direktoru və müavininin sifarişi ilə kəsilən zeytun ağaclarına görə kiçik texniki xidmətçi 2000 manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə kiçik texniki xidmətçi vəzifəsində çalışan Elman Məmmədov (ad-soyad şərti) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimənlədiyi üçün məhkəməyə şikayət edib.
Elman Məmmədov məhkəmə ifadəsində bildirib ki, məktəb rəhbərliyinin, o cümlədən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şirin Səfquliyevin göstərişi əsasında iki ədəd zeytun ağacını kəsiblər:
"Laçın rayonundan 30 ildən artıqdır ki, məcburi köçkünəm. Ayda təxminən 310 manat əmək haqqı alıram. Amma məktəb rəhbərliyini cərimələnmək əvəzinə, məni cəzalandırdılar. Nazirlik əməkdaşları bunu nəzərə almayaraq, 2 min manat cərimə kəsib. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsini və xəbərdarlıq inzibati tənbehinin verilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm".
Məhkə Elman Məmmədovun şikayətini təmin etməyib və barəsində 2 min manatlıq inzibati tənbeh vermə haqqında qərarı olduğu kimi saxlayıb.
Qeyd edək ki, sözügedən məktəbin direktoru Mehdizadə Samir Ramiz oğludur.
422 dəfə oxundu