Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?
Aşqarlar Kimyası İnstitutu 2023-cü ilin oktyabr ayının 5-də "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 21.850 manat, qalibi isə "FIDAH 2023 QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq "FIDAH 2023 QRUP" MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 14, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Ağayev Qılman Hafis oğludur.
Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq "FIDAH 2023 QRUP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, aidiyyatı orqanlardan tələb olunan müvafiq lisenziya və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumat verilmir.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.
Aşqarlar Kimyası İnstitutu "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu daha bir satınalmanı isə 2022-ci ilin noyabr ayının 29-da keçirib.
Bu satınalmada "ALFA 99 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib edilib.
"ALFA 99 CORP" MMC 2022-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla ev 56, mənzil 105/135 ünvanıdır.
Bu ünvanda onlarla MMC təsis edilib.
Aşqarlar Kimyası İnstitutu "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "ALFA 99 CORP" MMC də şübhəli fəaliyyətlə məşğuldur. Bu təşkilatın vergi mükəlləfiyyətinə diqqət etdikdə də aydın görünür.
Hazırda "ALFA 99 CORP" MMC-nin dövlətə 52.980 manat vergi borcu var.
Bu şirkətin tenderlərdə dövlət sənədlərini saxtalaşdırıldığı yazılır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Aşqarlar Kimyası İnstitutunun bu cür qeyri-şəffaf fəaliyətlə məşğul olan MMC-lərlə əməkdaşlıq etməsi bir sıra suallara yol açır.
Qlobal.az məsələ ilə bağlı Aşqarlar Kimyası İnstitutundan mövqe öyrənib. İnstitutdan satınalmanın qanunauyğun formada keçirildiyini bildirdilər.
Qlobal.az Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənib.
Tamerlan Yusifzadə
Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə Hesablama Palatasının 2022-2023-cü illər ərzində Aşqarlar Kimyası İnstitutunda audit keçirmədiyini bildirdi.
Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu 1945-ci ildə yaradılıb.
Vaqif Fərzəliyev
İnstitutun baş direktoru АMEА-nın həqiqi üzvü, k.e.d., prоf., əməkdar elm xadimi Vaqif Fərzəliyevdir.
Vaqif Fərzəliyev 1987-ci ildən Aşqarlar Kimyası İnstitutuna rəhbərlik edir.
Cahandar Laçınlı
304 dəfə oxundu