Fransadan Azərbaycana qarşı iyrənc addım - Natavanın heykəli sökülür, Azərbaycan parkı ləğv edilir
Xurşudbanu Natəvanın 2017-ci ildə Fransanın Evian-le Ba şəhərində ucaldılan abidəsinin sökülməsi haqda şəhər merliyi qərar çıxarıb. Natəvanın abidəsi ilə yanaşı, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası daha bir qərar qəbul edib. Həmin qərara əsasən “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Bu Fransanın Azərbaycana qarşı atdığı mədəni soyqırım siyasətidir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə Zaur Əliyev yazıb.
O bilidirb ki, Azərbaycan, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında 20-dən çox kilsənin bərpasına yardım edilmişdir. Belə ki, 1320–1340-cı illərdə salınmış, üzərində Müqəddəs Məryəmin və İsa peyğəmbərin (ə.) həyatı əks olunmuş Strasburq Kafedral kilsəsinin vitraj şüşələrinin, Versal Sarayının parkındakı qədim, ümumbəşər abidələrin – “Amazonka” (1685–1693, müəllif Jak Buirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın (1687–1705, müəllif Klod Berten), Fransanın Orn Departamentində X–XII əsrlərə aid 7 kilsənin bərpası işlərini həyata keçirmişdir.
Bu Azərbaycanın onlara etdiyinin əvəzində aldığımız cavabdır.
Bəs bunun qarşısında Azərbaycanda Fransanın nələri var ki, biz də onlara layiqli cavab verə bilək?
Azərbaycanın Fransada bir məktəbi olmamasına baxmayaraq Azərbaycanda Campus France, Azərbaycandakı Fransız İnstitutu və Bakı Fransız Liseyi fəaliyyət göstərir. Eyni zamanda Bakou Francophones - Bakıda yaşayan Fransızların birliyi, Azərbaycan-Fransa Ticarət Palatası və Azərbaycan-Fransa dostluq, « Amis de l’Azerbaïdjan » assosiasiyası , cəmiyyəti ölkəmizdə yerləşir.
Fransız şirkətləri dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən ümumi dəyəri 2,1 milyard ABŞ dolları olan 42 layihədə iştirak edir. Fransanın tanınmış nəhəng şirkətləri olan "Total", "Alstom", "Suez", "Thales", "Danone", "Airbus", "Bouygues", "İveco", "Sanofi", "Rothschild" uzun illərdir Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Azərbaycanda 61 fransız şirkəti qeydiyyata alınıb və onların əsas fəaliyyət sahələri enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatıdır.
Bu şirkətlər bağlansa nə olar? Iqtisadi münasibətlərdə Azərbaycanın itirəcəyi şeylər o qədər çox deyil. Desək ki, Fransa bizdən çox itirəcək, bu da doğru olmazdı. Yəni iki ölkə arasında münasibətlər elədir ki, onun kəsilməsi heç birinə ciddi zərər vurmayacaq.
Natavanın heykəlinin sökülməsi, Azərbaycan parkının adının ləğv edilməsinə göz yummaq olarmı? Əvəzində rədd olsun bu xoruzların ölkəmizdə olan şirkətləri.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə “dostluq və əməkdaşlıq sazişləri” imzalamış Fransa şəhər və regionlarının siyahısını XİN-ə istinad edərək aşağıda şəkil formasında təqdim edirəm.
285 dəfə oxundu