8 milyon manatlıq "Məhsul stadionu prosesi" davam edir - Səttar Möhbalıyev bu prosesin harasındadır?

8 milyon manatlıq "Məhsul stadionu prosesi" davam edir -
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun növbəti məhkəmə prosesi davam etdirilib.
Teref xəbər verir ki, proses Nadir Əliyev və Alik Həsənocun istintaqa verdiyi ifadələri hakim tərəfindən səsləndirməklə başlayıb. Məlumat üçün deyək ki, ötən prosesdə Nadir Əliyev sərbəst ifadə verib. Eyni zamanda sualları cavablandırıb.
Bu prosesdə də Nadir Əliyev ilkin verdiyi ifadələr səsləndirildikcə vəkillərin, eyni zamanda dövlət ittihamçısının suallarını cavablandırıb.
Nadir Əliyev baş verənlərdə heç bir rolunun olmadığınu və əvvəlki ifadələrini doğru vermədiyini bildirməklə yanaşı bütün məsuliyyəti Alik Həsənovun üzərinə atır.
Alik Həsənov isə əksinə, ifadəsində Nadir Əliyevin işdə əsas fiqurant olduğunu iddia edir. Üstəlik baş verənlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını da hallandırır.
O, Nadir Əliyevə istinad edərək deputatın da bu işdə əsas rolunun olduğunu bildirir.
Nadir Əliyev də ibtidai istintaqa ifadəsində Alik Həsənovla oxşar mövqedən çıxış edib. Lakin məhkəmədə bunun əksini söyləyib.
Məhkəmə Nadir Əliyevin istintaqa verdiyi ifadələri səsləndirdi. Ndir Əliyev ilkin istintaqda bütün əməliyyatlarda deputat Səttar Möhbaliyevin razılığı olduğunu göstərib. Nadir Əliyev ona verilən pulları rəhbərliyə verdiyini göstərərk, "Əgər pul ona çatmasa sədr müqaviləni imzalamayacaq və müqavilə qüvvəyə minməyəcək" deyərək əsaslandırıb. Lakin məhkəmədə o istintaqa verdiyi ifadələrdən imtina edərək, " Ona vəkillərinin və əsasda vakil Aslan İsmayılovun təzyiqi ilə belə ifadə verdiyini dedi. Nadir Əliyev bu proseslər zamanı 3 dəfə vəkillərini dəyişib
Prokurorun " Əgər onlar sizə belə ifadə verməniz üçün təzyiq ediblərsə, bəs o biri epizodlarla bağlı verdiyiniz ifadələrdə niyə o təzyiq görünmür?"
sualına Nadir Əliyev aydın cavab tapa bilmədi.
Bu işdə zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov bir neçə dəfə Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə vəsatətə qaldırıb.
Vəkil Aslan İsmayılov məhkəməni süni surətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevi prosesdən çıxardmaqda ittiham etdi.
Bundan başqa, Nadir Əliyevin baş verənlərə aidiyyətinin olmadığı barədə iddialarının əsassız olması barədə məhkəməyə sübutlar təqdim edilib.
Alik Həsənovun vəkili məhkəməyə Nadir Əliyevlə Alik Həsənovun aralarında zərəçəəkmişlərdən necə pul almaqları və necə bölüşdürməkləri haqqında telefon danışıqlarının audio yazısını təqdim edərək məhkəmədən bunu səsləndirməyi xahiş etdi. Lakin məhkəmə keçən məhkəmə iclasında olduğu kimi yenədə müttəhimlərin, əsasda Nadir Əliyevin bu işdə aparıcı rol almasının və sədrlə zərərçəkmişlər arasında aracı olmasının sübutu olan bu yazını səsləndirməyi gələn iclasa saxladı. Vəkillərin dediyinə görə bu səs yazısı ilə onlar Nadir Əliyevin imtinasının əsassız olduğunu və ilk ifadələrinin həqiqəti əks etdirdiyini sübut edəcəklər.
Vəkil Aslan İsmayılovun dediyinə görə, bu məhkəmə o qədər uzadıldı ki, deputat Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçildi və Nadir Əliyevə onu qurtaracağını vədd etdi. Buna görədə Nadir Əliyev ilkin istintaqa verdiyi ifadələrdən imtina edərək, sədri proseslərdən uzaqlaşdırır.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Həqiqətəndə proses iştirakçılarından birinin dediyi kimi, bizdə nazirlik və komitələrdə yuxarı ranqlı m\əmurlar dövlət malını dağıdırlar... Ancaq nədənsə həmişə Nazirlərin və Komitə sədrlədinin bundan"xəbəri" olmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...