AKP-nin Ankara namizədi diplomunu Azərbaycan Beynəlxalq Universitetindən alıb? ilginc dosye

AKP-nin Ankara namizədi diplomunu Azərbaycan Beynəlxalq Universitetindən alıb?
Türkiydə siyasi partiyalar 31 mart 2024-cü il tarixində keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayırlar.
Yeniavaz.com xəbər verir ki, yanvarın 8-də İstanbulda Haliç Konqres Mərkəzində keçirilən mərasimdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakı ilə 26 vilayətdə AKP-nin irəli sürdüyü namizədlərin adları açıqlanıb.
Keçirilən mərasimdə paytaxt Ankara şəhərində AKP-nin hansı namizədlə iştirak edəcəyi açıqlanmayıb. Bildirilib ki, AKP Ankara bələdiyyə sədrliyinə namizədini yanvar ayının 15-də açıqlayacaq.
Türkiyə mətbuatında yer alan iddialara görə AKP-nin Ankara bələdiyyəsinə namizədi Turqut Altınok olacaq.
Qeyd edək ki, Turqut Altınok hazırda Ankaranın və Türkiyənin ən böyük rayonlarından biri olan Keçiörenin bələdiyyə sədridir.
AKP-nin Ankara namizədi diplomunu Azərbaycan Beynəlxalq Universitetindən alıb?

Turqut Altınok

Türkiyənin tanınmış siyasətçilərindən olan Turqut Altınok 1962-ci ildə Ankaranın Bala rayonunda anadan olub. Keçiören bələdiyyəsinin rəsmi veb-saytında yerləşdirilən tərcümeyi halında göstərilir ki, Altınok orta təhsilini isə Keçiören Kalaba Liseyində tamamlayıb. Bildirilir ki, ali təhsilini beynəlxalq hüquq sahəsində başa vuran Altınok Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə görə Azərbaycan Beynəlxalq Vektor Elm Mərkəzi tərəfindən “Fəxri Doktor” adına layiq görülüb.
Məlumat üçün bildirək ki, bələdiyyənin rəsmi saytında Turqut Altınokun hansı universitetdən məzun olduğu yazılmasa da, onun “Vikipedia” səhifəsində Azərbaycan Beynəlxalq Universitetindən məzun olduğu yazılıb.
Bildiyimiz kimi, Azərbaycan Beynəlxalq Universiteti 1997-2010-cu illərdə fəaliyyət göstərib. Turqut Altınok isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərdiyi illərdə Ankara Keçiören bələdiyyəsinə sədrlik edib.
Belə ki, Altınok 1994-cü ildə keçirilən bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından (MHP), 1999-cu ildə keçirilən seçkilərdə isə Fəzilət Partiyasından Keçiörenin bələdiyyə sədri seçilib. 2004-cü ildə keçirlən növbəti yerli əhəmiyyətli seçkilərdə isə AKP-dən Keçiören bələdiyyəsinə sədr seçilib və bu vəzifəsində 2009-cu ilə kimi qalıb.
Onu da bildirək ki, Azərbaycan Beynəlxalq Universiteti fəaliyyətə başladığı zaman – 1997-ci ildə Turqut Altınokun 35 yaşı olub. 35 yaşlı bələdiyyə başçısının Azərbaycan Beynəlxalq Universitetində hansı formada təhsil aldığı barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Universitetinin adı bir sıra qalmaqallarda, o cümlədən “diplom satmaqda” hallanıb. Universitetin sahibi olan Elşad Abdullayev barəsində də cinayət işi açılıb və o, ölkəni tərk edib. Hazırda axtarışda olan Elşad Abdullayevin adı deputat seçilmək üçün Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə böyük miqdarda rüşvət verməkdə də hallanıb.
AKP-nin Ankara namizədi diplomunu Azərbaycan Beynəlxalq Universitetindən alıb?

Onu da qeyd edək ki, 2009-cu il bələdiyyə seçkiləri ərəfəsində Turqut Altınoka məxsus olduğu bildirələn intim görüntülər yayılıb. Bu görüntülərin yayılmasından sonra Turqut Altınok namizədliyini geri götürüb. Yalnız 10 ildən sonra - 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində yenidən AKP-nin namizədi olub və Keçiören bələdiyyəsinə sədr seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...