Türk iş admı ilə "Sabah Residence" arasında mübahisə davam edir - Nə baş verir?

Türk iş admı ilə "Sabah Residence" arasında mübahisə davam edir  -
"Korkmaz Group" MMC ilə "Sabah Residence" Mənzil-Tikinti Kooperativi arasında borc qalmaqalı davam edir.

Qaynarinfo xəbər verir ki, iki şirkət arasındakı borc qalmaqalı məhkəmədə mübahisələndirilir.

Şirkətlər arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsinda olub. "Sabah Residence" MTK işdə cavabdeh qismində iştirak edib. Bu işin nəticəsi barədə məlumat yoxdur.

Lakin sonradan "Sabah Residence" MTK "Korkmaz Gorup" MMC-ni məhkəməyə verib. Birinci instansiya məhkəməsinin qərarı MTK-nı qane etməyib. Bu baxımdan şirkət apellyasiya şikayəti verib. Artıq şikayət icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

2019-cu il tarixində "Sabah Residence" MTK ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanıb. Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu isə "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib. Lakin "Korkmaz Group" MMC onun pulunu ödəməyib.
Ətraflı

Qarabağ veteranı olan Məmməd Hüseynov mediaya açıqlamasında deyib ki, dəfələrlə şirkətin rəhbərinə müraciət etsə də, nəticəsi olmayıb.
Məmməd Hüseynova ödənilməli olan pulun məbləği 84 400 AZN-dir.

"Korkmaz Group" MMC isə Məmməd Hüseynovun iddialarını əsassız sayır. Şirkətin iddiasına görə, onun tələb etdiyi məbləğ ödənilib.

Şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Korkmazın mediaya verdiyi açıqlamasından o da aydın olur ki, "Sabah Residence" MTK-nın onlara borcu var: "Bir sıra səbəblərdən dolayı "Sabah Residence" MTK ilə aramızda mübahisəli məsələlər yaranıb. Bu səbəbdən axırıncı 4 ayda 500 000 manat pulu ala bilmədim. Lakin buna baxmayaraq, mən maşınlarımı, evimi sataraq işçilərin maaşlarını verdim".

Mustafa Korkmaz Məmməd Hüseynova da borclu olmadığını deyib. Onun sözlərindən belə başa düşülür ki, MTK-nın "Korkmaz Group"a 500 000 manat borcu var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...