Atası 6 ay əvvəl təyin olunmuş nazir müavinini niyə qoruya bilmədi? - İLGİNC İDDİALAR...

Atası 6 ay əvvəl təyin olunmuş nazir müavinini niyə qoruya bilmədi? -
Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Adının açıqlanmasını istəməyən Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli rəsmisi faktı təsdiqləyib.

Qeyd edək ki, Ramin Məmmədov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. Nazir müavini işdə buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən azad edilib.

Ramin Məmmədov bu vəzifəyə təyin olunanda ciddi tənqidi yazı ilə çıxış etmiş, bu təyinatın yanlış olduğunu bildirmişdik. Ramin Məmmədovun əvvəllər Prezident mühafizəsində çalışdığını, bir müddət orada fəaliyyət göstərdikdən sonra müəmmalı şəkildə vəzifəsindən uzaqlaşdırıldığını xatırlatmışdıq.

Ramin Məmmədov uzun illər Vasif Talıbovun köməkçisi vəzifəsində çalışan, bu gün isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin ən yaxın və ən etibarlı adamı olan, qeyri-rəsmi onun köməkçisi funksiyasını icra edən Ramiz Məmmədovun oğludur. Onun bu vəzifəyə təyinatında Fuad Nəcəflinin xüsusi rolu olmuşdu.

Atası 6 ay əvvəl təyin olunmuş nazir müavinini niyə qoruya bilmədi? -


Fotoda soldan Ramiz Məmmədov, Emin Əmrullayev, Fuad Nəcəfli.

Ramin Məmmədov Naxçıvanda nazir müavini təyin olunduqdan sonra atasının hazırkı mövqeyindən yararlanaraq muxtar respublikada biznes imperiyasını qurmağa başlayıb.

Ötən ilin mart ayında Naxçıvanda “CREO PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Şirkətin qanuni təmsilçisi Fərəcov Emin Zakir oğlu, hüquqi ünvanı Babək rayonudur. Məhdud Məsuliyyətli Cəmiyyət 29 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb.

Redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumata görə, bu şirkətin əsl sahibi sabiq nazir müavini Ramin Məmmədovdur. Şirkətin fəaliyyət istiqamətləri barədə dəqiq məlumat yoxdur. Şirkətin tikinti sektorunda fəaliyyət göstərəcəyi bildirilirdi. Görünür, yaradılmış imkandan səmərəli istifadə edən Ramiz Məmmədov Naxçıvanda aparılacaq genişmiqyaslı tikinti-quruculuq işlərində yaxından iştirak etmək, tikinti biznesini formalaşdırmaq fikrinə düşüb. Hansısa istehsal və xidmət sektoru daha gec qazanc gətirir. İstehsal və xidmət sektorunun gəlir gətirməsi üçün illər lazımdır. Amma tikinti sektorunda qazanc əldə etmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur. Bunanı tik, yolunu çək, dövlətdən pulunu al.

TNS bu məsələni ictimailəşdirdikdən sonra həmin şirkətin fəaliyyəti məhdudlaşdırılıb.

Ramiz Məmmədovun oğlunun belə qeyri-qanuni fəaliyyətləri, nazirlikdəki vəzifələrinin öhdəsindən gələ bilməməsi, hətta işə çıxmayaraq, özünün biznes faəliyyəti ilə məşğul olması, müəyyən “işlərin” həll edilməsi müqabilində kimlərləsə sövdələşməsi onun vəzifəsindən azad edilməsinə əsas verib. Məlumatlara görə, Naxçıvanda ötən il fəaliyyətə başlayan “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun muxtar respublikada qeyri-qanuni şəkildə tikintisini dayandırdığı obyektlər barədə Fövqəladə Hallar Nazirliyinin qərar çıxarması üçün aidiyyəti vəzifəli şəxslərə Ramin Məmmədov tərəfindən təzyiq olunub.

Ramin Məmmədovun vəzifəsindən azad edilməsi ciddi siqnaldır. Bu fakt son bir ildə muxtar respublikada kadr islahatlarının düzgün aparılmadığının daha bir sübutudur. Yaxın vaxtlarda son bir ildə təyin edilmiş daha bir neçə yüksək vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.

TNS.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...