Sabiq deputat Əsabil Qasımova aid olduğu deyilən qalmaqallı "PİLOT-16” MMC məhkəməyə verildi

Sabiq deputat Əsabil Qasımova aid olduğu deyilən qalmaqallı "PİLOT-16” MMC məhkəməyə verildi
"PİLOT-16” MMC məhkəməlik olub.

Gundeminfo.az bildirir ki, 32gun.az-ın məlumatına görə, şirkət barəsində QULİYEVA MƏHBUBƏ ƏLİ QIZI Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə işinin mahiyyəti Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələri ilə bağlıdır.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan "PİLOT-16” MMC-nin qanuni təmsilçi ASLAN QULİYEV RAQUF Oğludur.

Mətbuatda gedən məlumata görə isə "PİLOT-16” MMC-nin adı bir neçə dəfə qalamaqalda hallanıb.

Xatırladaq ki, sözügedən şirkət 2 il əvvəl Norveç vətəndaşı Parvaresh Assadollah Hossein oğlunun Bakıdakı obyekti dağıdıb. Parvaresh Assadollah bildirir ki, bunu edənlər “PİLOT-16” şirkətinin əməkdaşlarıdır. Mülkiyyəti qanunsuz şəkildə sökülən Parvaresh Assadollah bütün rəsmi qurumlara müraciət edibmiş.

Nəsimi rayonunda yerləşən mülkiyyətinin ümumi sahəsi 370 kvadrat metrdir. Həmin ünvanda Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında “Dental House” klinikasını işlədirmiş.

Bundan əlavə iki öncə Tikinti şirkəti “Pilot-16” MMC 7 vətəndaşı məhkəməyə verib, evdən çıxarmaqla gündəm olmuşdu.

Mediada gedən məlumatlara görə, “Pilot-16” MMC-nin əsl sahibi keçmiş deputat Əsabil Qasımovdur. Bu məlumat keçmiş deputat tərəfindən təkzib olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...