Mehdiyevin dövründən başlayan qalmaqal – Nazir işdən çıxardı, məhkəmə əmri ləğv etdi
Texnika elmləri doktoru, dosent Yasin Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, onun hansı səbəbdən vəzifəsindən azad edildiyi bəlli deyil. Məlum olan odur ki, dosent bu qərardan narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Yasin Rüstəmov Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə yanaşı Elm və Təhsil Nazirliyi barəsində də iddia qaldırıb. Onun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Nazirliyin də məhkəməyə cəlb edilməsi səbəbsiz deyil. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Yasin Rüstəmov
Nərimanov Rayon Məhkəməsi Yasin Rüstəmovun iddiasını təmin edib. Qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Sabir Bəhrəmzadə iş üzrə hakim təyin edilib.
Təfərrüatları öyrənmək üçün Yasin Rüstəmovla əlaqə saxlasaq da, zəngimizə cavab vermədi.
Yasin Rüstəmov 1993-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Kommunikasiya Komitəsinin sədri vəzifəsində işləyib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevdir. O, baş verənlər barədə Qaynarinfo-ya açıqlamasında bildirib ki, problem Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdən başlayıb:
“Ramiz Mehdiyev akademiyanın prezidenti olan zaman mən qanunsuz olaraq işdən çıxarıldım. Daha sonra məhkəmə yolu ilə işimə bərpa edildim. Bundan sonra Yasin Rüstəmovu mənə qarşı qoydular. Ramiz Mehdiyev ona demişdi ki, sənə yaxşı iş verəcəm. Yasin Rütsəmov da bundan həvəslənib mənə deyirdi ki, sən çıx işdən, birinci mən olmalıyam. Daha sonra bir neçə nəfərlə dalaşdı. Mənim səhhətimdə problem yarandı, xəstəxanaya düşdüm.
Əlövsət Quliyev
Onunla bağlı akademiyanın rəhbərliyinə şikayət etsəm də, nəticəsi olmadı. Hətta prokurorluğa şikayət etdim. 2022-ci il iyul ayında onun icraçı direktor kimi fəaliyyətinin müddəti bitdi. Məlumat üçün deyim ki, fəaliyyət müddəti bir il idi. Mən işinə davam etmək üçün təqdimat vermədim. Buna baxmayaraq, qanunsuz olaraq onun müddəti daha 3 ay uzadıldı. İnstitut Elm və Təhsil Nazirliyinə verildikdən sonra mən bütün sənədləri, sübutları nazirliyə təqdim etdim. Nazirin (Emin Əmrullayev-red.) əmri ilə işdən çıxarıldı”.
Əlövsət Quliyev deyib ki, Nərimanov Rayon Məhkəməsi Yasin Rüstəmovun iddiasına onların xəbəri olmadan baxıb. “Nazirin əmrini ləğv ediblər. Bizim xəbərimiz olmayıb. Ona görə də apellyasiya şikayəti vermişik. Yəni, həm institut, həm də nazirlik qərardan şikayətçidir”, deyə professor bildirib.
Məlumat üçün deyək ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılıb.
312 dəfə oxundu