Qarabağa qanunsuz səfər edib üzr istəyən şəxs ədəbiyyatımızın təbliğatını aparacaq - 10.800 manata
Azərbaycan Dövlət Tərcümə Mərkəzi "Müxtəlif ölkələrin saytlarında Azərbaycan ədəbiyyatının təbliği" lotu üzrə keçirdiyi satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, Mərkəz satınalmada gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilini qalib seçib.
Satınalmanın məbləği 10.800 manatdır.
Müqavilədə təbliğatın hansı ölkələrin, hansı saytlarında aparılacağı barədə məlumat yoxdur.
Makvala Qonaşvili Azərbaycan Dövlət Tərcümə Mərkəzinə yad isim deyil. Belə ki, Tərcümə Mərkəzi 2023-cü ilin sentyabr ayında Makvala Qonaşvilini Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə təsis etdiyi "Dövlət Tərcümə (Mərkəzi) Mükafatı" ilə təltif edib.
Qeyd edək ki, Makvala Qonaşvili 2012-ci ildə işğalda olan Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına düşmüşdü.
Makvala Qonaşvili o zaman verdiyi açıqlamada poeziya bayramında iştirak etmək üçün festivala qatıldığını, bu addımı ilə Azərbaycan qanunlarını pozduğundan xəbərsiz olduöunu bildirirdi.
Makvala Qonaşvili sonradan adının Azərbaycan Xarici İşlər Nazirliyinin "Arzuolunmaz şəxslər" siyahısında çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət etmişdi.
Xatırladaq ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri xalq yazıçısı Afaq Məsuddur.
578 dəfə oxundu