Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO

Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? -

Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib.

Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb.

Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını bildirirlər.

“Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”, - deyə sakin söyləyib.

Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin narahatlığına səbəb olur.

Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mətbuat Xidmətindən bildirilib ki, sözügedən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...