Ənvər Əfəndiyevin “sağ əli” Firuz İsmayılov həbs təhlükəsi altında
Məlum olduğu kimi bu ilin əvvəlində General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olundu və həmin vəzifəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin gətirildi. Ənvər Əfəndiyevin Quru Qoşunları Komandanı olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verdiyi haqda mediada iddialar səslənir.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, general vəzifədən azad olunduqdan bir müddət sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Hərbi Prokurorluğun yaydığı məlumata görə, Əliyev Alı İsrayıl oğlu haqqında vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr yaranıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub.
Məsələ ilə bağlı cumhuriyyet.az ölkə mediasında yer alan xəbərlərə əsasən bildirir ki, saxlanılan Əliyev Alı İsrayıl oğlu bir müddət öncə Quru Qoşunlar Komandanı vəzifəsindən azad edilən general-leytenant Ənvər Əfəndiyevin “sağ əli” olub. Amma şəbəkə bununla da bitmir. Etibarlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Quru Qoşunların keçmiş komandanı general- leytenant Ənvər Əfəndiyevin sağ əli Firuz İsmayılov ətrafında baş verən xoşagəlməz olaylar var. Belə ki, F. İsmayılovun korrupsiya əməlləri və həbsxana həyatında keçirtdiyi qalma-qallı günləri olduqca şok doğuracaq. Dəhşətlisi isə odur ki, belə bir şəxsin hansı haqla general- leytenant Ənvər Əfəndiyevin sağ əli kimi hərbi hissədə söz sahibi olub. 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilən general-leytenant Hikmət Mirzəyev yuxarıda qeyd edilən məsələni şəxsi nəzarətinə götürəcək. Apardığımız araşdırmalar tam yekunlaşmadığından məsələnin bəzi detallarını ictimayətə açıqlamırıq.
363 dəfə oxundu