Başçısı müavinindən texnika istədi, mübahisə etdi – 50 manat cərimələndi

Başçısı müavinindən texnika istədi, mübahisə etdi –
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, 1959-cu il təvəllüdlü fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.

Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib.

Arif Allahverdiyev fermerin istəyinə “yox” cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.

Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...