"Nə su var, nə hamam, palatalar da bərbad gündədir" - Lənkəran Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət
"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su krantları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".
Gundeminfo.az xəbər verir ki, bunu Bakupost.az -ın əməkdaşı ilə söhbətində Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.
O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:
“Yerləşdirildiyim palatada anti-sanitariya vəziyyəti hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib yatmalı oldum. Pəncərəlin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpə uşağıma da daraşırdı. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi”.
Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:
“Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstəylə maraqlamaq istəmirlər. Yalnız ayın 16-da Bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, “niyə şikayət edibsən?”. Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar. Amma axı bu belə olmamalıdır”.
Məsələylə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən Bakupost.az-a bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:
"Xəstəxanada hamam problemi var və bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək".
347 dəfə oxundu