İFLAS ANONSU: “Azərpoçt”un ötən il gəlirləri azalıb – 18 milyon manata yaxın yığılmış

İFLAS ANONSU: “Azərpoçt”un ötən il gəlirləri azalıb –
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2023-cü ili 5 milyon 547 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2022-ci ildə 4 milyon 336 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 28% artım deməkdir.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərpoçt”un cəmi gəlirləri 14.3% azalaraq 47 milyon 35 min manat, o cümlədən poçt xidmətlərindən gəlirləri 11% artaraq 22 milyon 644 min manat, maliyyə xidmətlərindən gəlirləri 36.5% azalaraq 14 milyon 769 min manat təşkil edib.

31 dekabr 2023-cü il tarixinə “Azərpoçt”un aktivləri 604 milyon 828 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 3% azdır. Şirkətin cəmi öhdəlikləri 547 milyon 909 min manat, cəmi kapitalı 56 milyon 919 min manat olub.

2023-cü ilin sonunda “Azərpoçt” 17 milyon 805 min manat yığılmış zərərə malik olub. 2022-ci ilin sonunda MMC-nin 23 milyon 417 min manat yığılmış zərəri var idi.

Xatırladaq ki, “Azərpoçt” MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə təmsil olunmaqla, 100% Azərbaycan dövlətinin mülkiyyətindədir. Cəmiyyətdə 4 500-dən artıq işçi çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...