Eldar Qəribovla Faiq Hüseynov “Unibank”ı məhkəmə “rekord”çusu ediblər – 755 iş…

Eldar Qəribovla Faiq Hüseynov “Unibank”ı məhkəmə “rekord”çusu ediblər –
İyul ayı ərzində ən çox məhkəmə çəkişməsi olan bank “Unibank”dır. Tribunainfo.az qeyd edir ki, təkcə bu ay bankın 755 məhkəmə mübahisəsi var. Buna səbəb yaradan əsasən problemli kreditlərin olmasıdır. Bank ödəniş edə bilməyən müştəriləri ayrı-ayrı məhkəmələrə verir, mülki iddia qaldırır. Lakin bu problemin yaranması “Unibank”ın yanlış kredit siyasəti ucbatından baş verir.

Eldar Qəribovla Faiq Hüseynov “Unibank”ı məhkəmə “rekord”çusu ediblər –


Çünki bank ona müraciət edən əksər vətəndaşlara gəlirlərini, krediti ödəmək imkanlarını, gələcəkdə problem yaranacağı riskini, stabil qazanc yeri olub-olmamasını nəzərə almadan ucdantutma kredit paylayır. Bu da nəticədə məhkəmələrdə qarşıdurmaya gətirib. çıxarır. Sözsüz ki, bu məsələdə bankın rəhbərliyinin, o cümlıdən kredit şöbəsi müdirinin ciddi strateji, kommersiya siyasəti yanlışları görünür. Əla halda, hər ay bankın yüzlərlə məhkəmə işi olmazdı. Yəni bir ayda 755 məhkəmə prosesi o deməkdir ki, 755 müştəri ilə problem yaşanır. Bu da kütləvi hal sayılır. Burada Mərkəzi Bank və Azərbaycan Banklar Asossasiyası da az məsuliyyət daşımır. Ona görə ki, “Unibank”ın kredit vermək portfelini yoxlamırlar.
Eldar Qəribovla Faiq Hüseynov “Unibank”ı məhkəmə “rekord”çusu ediblər –


Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri Eldar Qəribovdur. Onun müavini Faiq Hüseynovdur. Müşahidə Şurasının digər üzvləri isə Emin Quliyev və Kamen Zahariyevdir. Bankın kredit komitəsinin sədri də Faiq Hüseynovdur. Kiçik kredit komitəsinin sədri isə Vadim Qədirovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...