Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır FOTOLAR

Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır

"Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası hərraca çıxarılır.

Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina iyul ayının 29-da açıq hərraca çıxarılacaq.

Ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan binanın ilkin start qiyməti 24 milyon 703 min manatdır. Hərracda iştirak etmək istəyənlər 10% həcmində – 2 milyon 470 min 300 manat beh ödəməlidirlər. Sənədlər hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək Əmlak Xidmətləri Məkanında qəbul ediləcək.

Məlumat üçün bildirək ki, "Bakı Oksford Məktəbi”nin binası hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. "Bakı Oksford Məktəbi”nin Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən binasının da sahiblərindən biri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən binanın 2-ci sahibi Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir. Kamilə Əliyeva eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşıdır.

Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır
Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır
Ramiz Mehdiyevin qızının müsadirə olunan əmlakı 25 milyona hərraca çıxarılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...