Dərman bazarıda xaos yaradan deputatın yeni mandat planı: Oliqarxı qorxudan nədir?

Dərman bazarıda xaos yaradan deputatın yeni mandat planı:


Azərbaycanda növbədənkənar parlament seçkilərinə start verilib və sentyabrın 1-də bir çoxlarının taleyi həll olunacaq; kimlərin mandat alacağı və ya məndatsız qalacağı da məhz seçkilərin nəticələrindən asılı olacaq.

Mandatı “suya” düşə biləcək deputatlardan biri də adı bir çox qalmaqallarda hallanan, dərman bazarında zaman-zaman xaos yaradan və monopolisti kimi tanınan Kəmaləddin Qafarovdur.

O, Milli Məclisin “lal deputatları” kateqoriyasına aid olduğu üçün heç ötən seçkilərdə mandat aldığı dairədə də yaxşı tanınmır. Çünki bircə dəfə həmin dairədəki seçicilərin problemlərini Parlamentdə qaldırmayıb, onun dairəsində olan seçicilər Qafarovu tapa bilmədiklərindən başqa dairələrdə seçilmiş deputatlara üz tutublar…

Qafarovu isə narahat edən təkcə mandat alıb-almaması deyil.

AzToday.az-a danışan etbibarlı mənbə deyir ki, əslində, mandat Qafarovun biznesini qoruyan çətirdir. Ona görə də deputat qorxur ki, mandatı ilə yanaşı, biznes imperiyasını da itirə bilər və topladığı sərvət əlindən çıxa bilər. Məhz bu üzdən də sərvət və biznesini indidən qarantiyaya almağa çalışır.

Deputat olduğu müddətdə biznes şəbəkəsi genişlənən Qafarovun sərvətinin bir ucu ta gedib Kiprə çıxır. Onun Avropada da danışmaz əmlakının olduğu bildirilir və bu dövlətin ali rəhbərliyinin də diqqətindən kənarda deyil.

Hələ bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatlardan da Kəmaləddin Qafarovun böyük bir xanədanlıq və biznes imperiyası qurduğu Azərbaycan vətəndaşlarına tanışdır.

Bəs deputatın biznes imperiyasına nələr daxildir?

9 saylı Binəqədi II seçki dairəsindən deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini olan bu şəxsin dərman imperiyasına “AZƏRİ MED” MMC başçılıq edir.

Bildirilir ki, Qafarov onkoloji xəstələrin üzərində biznes quraraq, böyük sərvətlər əldə edib, hətta dəfələrlə dərman sahəsində xaosun yaranmasına səbəbkar olub. Ölkədə bir zamanlar bəzi dərmanların çatışmazlığı da onun yaratdığı monopoliyanın nəticəsi olub, yəni kefi istəyəndə gətirib, kefi istəyəndə də gətirməyib.

Bundan başqa, Milli Onkologiya Mərkəzi hər il milyonlarla manat pulu məhz onun şirkətlərinə yönəldir. İndiyə qədər yayılan məlumatlardan aydın olur ki, təkcə 2019-cu ilim fevralın 19-da MOM və “AzərMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib.

Mandat sevdası ilə bütün əlaqələrini işə salan Kəmaləddin Qafarov bu məlumatları təkzib də edə, gizlədə də bilər. Hətta bu rəqəmləri inkar edə, hətta şirkətin ona məxsus olmadığını bildirə bilər. Çünki Vergilər Xidmətinin saytında “Azəri Med”in qanuni təmsilçisi kimi Famil Rəhimli Vəli oğlu göstərilir. Amma Qafarov şirkətin ünvanında “quyruğu ələ verib”. Çünki “Azəri Med”in qeydiyyatda olduğu ünvanda, yəni Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də elə deputat və uşaqları rəsmi qeydiyyatdadır.

Yeri gəlmişkən, Kəmaləddin Qafarovun biznesi bununla məhdudlaşmır. Onun Əhməd Rəcəbli küçəsindəki “AzeriMed Tibbi Market”i də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. Bundan başqa, o, “ZƏFƏRAN” apteklər şəbəkəsi və “ZƏFƏRAN HOSPİTAL”ı da məhz qeyri-rəsmi o, idarə edir.

Onun daha bir ailə şirkəti – “AZƏRİ MED-MNK” MMC deputatın qeydiyyatda olduğu evi hüquqi ünvan kimi göstərib.

2008-ci idə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi isə elə Kəmaləddin Qafarovun yaxın qohumu Caniliya Rəhim qızı Qafarovadır.

Araşdırmalarda göztərilir ki, bunlar da Kəmaləddin Qafarovun obyekt və biznesinin bir hissədidir. Onun digər biznes və obyektləri isə aşağıdakılardır:

– VERSAL PALACE şadlıq evi. Orani Cəlaləddin Qafarovun adına keçirib..

– “VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – Qanuni nümayəndəsi Elmira Paşa qızı Məmmədovadır.

– “KANON” MMC. Aptek şəbəkəsidir. 2008-ci ildə yaradılıb və Səbuhi Abbasov Füqar oğlunun adına sənədləşdirilib.

– “SHAFRAN” MMC 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Şəmsəddin oğlu Qafarovdur.

– “AVESTAFARM” MMC 2009-cu ildə yaradılıb və qanuni təmsilçisi Elçin İsmayıl oğlu İbrahimovdur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – “Azəri Med” MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir.

– “MEGA PHARMACY” MMC. Onun da qanuni nümayəndəsi Caniliya Qafarovadır.

– “NATURALİST” FƏRDİ FİRMASI. Əczaçılıq sahəsində fəaliyyət göstərən və ayrıca aptekləri olan bu şirkət də deputatın qardaşına aiddir.

– “HELİOS PHARMA LTD” Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib.

Xaricdəki ikinci şirkət isə “SALİDONT LTD”dir ki, 2019-cu idə Cənubi Kiprdə təsis edilib. Şirkətin idarə olunması Patricia Stilianoya həvalə edilib.

Maraqlıdır ki, Kəmaləddin Qafarov indiyə qədər bu araşdırmaları əsaslı təkzib edə bilməyib, çünki bütün sənəd və faktlar bu biznesin məhz ona aid olduğunu birbaşa göstərir. Onun “topdağıtmaz” sərvəti isə korrupsiya yolu ilə əldə edilib. Halbuki bu sərvətin bir hissəsi ilə şəhid və qazilərin çoxsaylı problemlərini həll etmək olardı… Amma çi fayda…

Onu da qeyd edək ki, Qafarov mandat almaq üçün hər şey edir. Hətta ötən seçkilərdə olduğu kimi bu dəfə də sosial şəbəkələrdə özünün trol şəbəkəsini aktivləşdirməyi planlayır. Bununla göstərməyə çalışır ki, guya seçicilər sosial şəbəkələrdə onu dəstəkləyirlər. Amma deputat fəaliyyətsizliyinin nəticəsi onu qorxudur. Qorxur ki, qəfil “səmum yeli” onun bütün xanədanını uçura, özünü mandatsız, biznesini isə “çətir”siz qoya bilər…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...