Rusiya məğlubiyyətlə barışmaq üçün bəhanə axtarırdı... GÜNDƏM

Rusiya məğlubiyyətlə barışmaq üçün bəhanə axtarırdı...

Ukrayna möhtəşəm gediş etdi. Dünən Volodimir Zelenski dedi ki, sülh imzalamaq üçün şərtlər formalaşmalıdır. İndi həmin şərtlər formalaşır.

Ukrayna Kursk və Belqorod vilayətlərində Rusiya ərazilərini nəzarətə götürəcək. Ukrayna hücumu davam etdirir. Ruslar ehtiyat qüvvələr gətirsə də, ciddi uğura nail ola bilmir.

Ukrayna əraziyə çoxlu sayda hava hücumundan müdafiə qüvvələri gətirib.

İndi ehtimal olunan sülh müqaviləsii versiuyası ondan ibarətdir ki, Rusiyanın Xarkov vilayətindən və Zaporojye AES-dən çıxması müqabilində Ukrayna əraziləri qaytaracaq.

Əgər Rusiya ukraynalıları Kurskdan çıxara bilməsə, o zaman müharibəni uduzacaq.

Çünki silah-sursat təminatı, xüsusilə Leopard tankları və F16 qırıcılarının Ukraynaya verilməsindən sonra Rusiya Xarkov cəbhəsində də uğur qazana bilməyəcəyini anlayır.

Nəticə etibarilə də ruslar faktiki olaraq öz ərazilərinin itiriməsi nəticəsində savaşın psixoloji avantajını da itirmiş olacaqlar.
İqtisadi embarqolar davam etdikcə rusların təminatı da çətinləşir.. Ard-arda partlayan silah-sursat anbarları, ərzaq təmiantı çətinliyi Kremli artıq təngənəfəs duruma düşürüb.

Putin orduya qtılanlar üçün vəd edilən ödənişi artırsa da, görünən odur ki, şəxsi heyyətiin formalaşdırılması proble mləri də var.
Rusiyanın tərəfdaşları da bir-bbir aradan çıxırlar. İranda Xamiyənin öldürülməsii və gözlənilən gərginlik fonunda İranın da savaşa cəlb ediləcəyi ehtimalı Kremlii ciddi narahat edir.

ABŞ-ın Çinə məxsus "TikToku qapadacam" bəəyanatından sonra Çin Rusiyadan uzaq qaçmağa başladı. Qazaxıstan da Çinlə birlikdə Kremldən uzaqlaşır.
Hindistan ucuz qiymətə Rusiyadan aldığı neftin puluunu ödəmir. İqtisadi sanksiyalardan ehtiyat edərək ruslardan aldığı ucuz neftin pulunu hələ də ödəməməsi Rusiyanın əsas dövlət gəlirlərinə təsir edir.

Nəticədə artıq Kremldə anlayırlar ki, zaman hər saniyə onların əleyhinəə işləyir.

Beləliklə, Rusiya ərazi mübadiləsi olsa da, sülhə getməyə məcbur ediləcək.

İndi əsas məqam Krım məsələsidir. Ukrayna və müttəfiq dövlətlərin hansı gedişi Krımla bağlı statusu masaya daşıyacaq o bəlli deyil.
Yalnız bir ehimal var, F16-lardan istifadə və Krıma hücum...

Razi Abasbəyli



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...