Deputat olmaq istəyən gənc namizəd seçki qanununu bilmir: Vaxtından əvvəl təşviqata başladı

Deputat olmaq istəyən gənc namizəd seçki qanununu bilmir:
123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd Mircəlil Qasımlı Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozub.

Gununsesi.info xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınan Mircəlil Qasımlı qanunla nəzərdə tutulmuş vaxtdan əvvəl seçki təşviqatına başlayıb.

Belə ki, özünün təşviqat materiallarını dərc etdirən namizəd bunları özünün sosial şəbəkə hesabında paylaşıb.

Halbuki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

VII Çağırış Milli Məclisə keçirilən seçkilərdə isə təşviqat avqust ayının 9 da başlanır.

Adıçəkilən namizədin 2 gündür ki, təşviqatla məşğul olmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası bu barədə hər hansı tədbir görməyib.

Deputat olmaq istəyən gənc namizəd seçki qanununu bilmir:


Elmar Elnuroğlu

Gununsesi.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...