QQ- Qurban Qurbanova olar, Qarabağ Qazisinə yox? - Vaxtı ilə 10-OO-010 Vasif Talıbovun oğluna nəyin əvəzinə verilib?

QQ- Qurban Qurbanova olar, Qarabağ Qazisinə yox? -
Avtomobil nömrələrinin verilməsində yol polisinin ayrı-seçkiliyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsində 001-009 avtomobil nömrələrinin verilməsinə görə ayrı hərflərin kombinasiyasından ibarət olduqda 2000 manat, eyni hərflərdən ibarət olduqda 3000 manat; 100-900 nömrələrinin verilməsinə görə uyğun olaraq 1500 və 2000 manat; 111-777 nömrələrinə görə 1000 və 1500 manat dövlət rüsumu bəlirlənib. Di gəl, nömrələri verməyə təhkim edilən Baş Dövlət Yol Polisi İdarəsinin uyğun qurumu istehlakçı hüquqlarını ( pullu xidmətin istehlakçı hüquqlarından olması faktdır-M.B.) pozur,
nömrələri gizlədir, ayrı-seçkilik edir. Halbuki, qanunvericiliyin tələbinə görə, yol polisinin nömrə verilən bölümündə hansı nömrələrin olduğu görünən yerdə bildirilməlidir. Bu sətirlərin yazarına hələ 15-16 il qabaq BDYPİ rəisi və müavinləri rəsmi məktublarla istədiyi nömrəni ( 10-001) verməyə söz versələr də, indi nömrələr sərfiyyatdan “yoxa çıxıb”. Bəs sərfiyyata yenicə verilən nömrələr?

77 ilə başlayan son Bakı nömrələrindən almaq üçün hələ iki-üç il qabaq müraciət edilməsinə baxmayaraq, artıq işdən təqaüdə göndərilən Kamran
Əliyev qərəzlə heç bir 77-777 nömrəsinin sərfiyyatda olmadığını bildirmişdi. Qərəz o həddə çatmışdı ki, elə on ildən çox qabaq öz pulumuzla aldığımız 007 nömrəsinin də özümüzə verilməyəcəyi rəsmi məktubla “bronlaşdırılmışdı”. Belə özbaşınalıqla hansı istehlakçı hüququndan danışmaq olar(dı)? Bu ilin əvvəlində yenidən eyni hərflərdən ibarət 77-777 nömrəsinin verilməsinə müraciət edilib. Yenə də heç bir nömrənin sərfiyyatda olmadığı bildirilib.(?)

Bir ara öncə BDYPİ rəisinin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 77-QQ-777 nömrəsini bağışladığı bilgisi yayılıb. Düzdür, bəzi “ağzıgöyçəklər” bağışlanmanın yüzminlərə oturduğunu vurğulayır, amma fakt faktlığında qalır ki, general “sandıq”dan-sərfiyyatdan” Qarabağın baş məşqçisinin adına uyğun 77-QQ-777 nömrəsini “tapıb çıxarıb”. Qurban bəyə halaldır, elə BDYPİ rəisinə də. Bir sual düşündürür, bəs QARABAĞ QAZİSİNƏ ( QQ) niyə qoşa hərfli nömrə tapılmır? Dövlət rüsumu 1500 manatdır də! Qurban Qurbanova “QQ” olar, QARABAĞ QAZİSİNƏ yox?
QQ- Qurban Qurbanova olar, Qarabağ Qazisinə yox? -

Ayrı-seçkiliyin nədən qaynaqlandığını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəlirləyə bilər. Hər halda maddi marağın üstünlüyü şübhə doğurmur. Yoxsa QARABAĞ QAZİLƏRİNİN nəyi “QARABAĞ” futbol klubunun rəhbərliyindən əskikdir?

Məğrur Bədəlsoy

P.S. “Güzgülü” nömrə bağışlanması BDYPİ rəisinin “siftəsi” deyil. On il qabaq 10-OO-010 nömrəsi Naxçıvanın başçısı Vasif Talıbovun oğlunun “Mersedes”inə verilib. (Qarabağ qazisinə isə 10-la başlayan nömrələrin sərfiyyatda olmadığı deyilir(di). Nömrə 18 manata sənədləşdirilib, amma əvəzində nə əldə edilib, “kommersiya sirridir”...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...