Anar Bayramov rəhbəri olduğu agentlik Kəmaləddin Qafarovun şirkətindən şiprislər alır - 200 min AZN-LİK alış-veriş
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi məsrəf və digər ləvazimatların satınalınmasıbilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az-ın məlumatına görə, tenderin qalibi Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.
Tərəflər arasında 196.911,66 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Tenderə əsasən Qan almaq üçün xüsusi iynə, fərqli quranlarda şiprislər, Örtük şüşələri, Sınaq şüşəsi, Qan alma tüpü, Vakum tublər, Analiz üçün qab Və.s alınmalıdır.
Azəri Med” QSC yaradılanda nizamnamə kapitalı 10 AZN olub. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.
Şirkətin təşkilati hüquqi forması da 2020-ci ildə dəyişib. MMC kimi fəaliyyət göstərən “Azəri Med” 2020-ci ildə QSC-yə çevrilib.
Yerli mediada gedən məlumatlara görə, "Azəri Med” QSC tibb sektorunda aparıcı şirkətlərdin hesab olunur. Bu da şirkətin sahibi ilə bağlıdır.
Famil Rəhimli QSC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. “Azəri Med” QSC-nin sahibi 9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan, yenidən deputatlığa ümidli olan Kəmaləddin Qafarovdur. Bu barədə mediada da çoxsayda məlumat yazılıb. Maraqlıdır ki, iddialar təkzib olunmayıb.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.
Ayxan
963 dəfə oxundu