Ziraat Bankda yoxlamalar davam edir...- AVNİ DƏMİRÇİ ölkədən qaçmağa hazırlaşır ?

Ziraat Bankda yoxlamalar davam edir...-

Bankın sabiq direktoru Avni Dəmirçi deyir ki, lazım olan yerləri görmüşəm…

Avni Dəmirçi Azərbaycan qanunlarına meydan oxuyur ?

Cəmi bir ay əvvəl Ziraat Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi gələcək planlarından danışaraq bildirmişdi ki, 2021-ci ildə Azərbaycanda bankımızın daha 10, 2023-cü ildə isə 15 filialını açacağıq. Bankın rəhbəri onu da xüsusi olaraq bildirmişdi ki, Qarabağda, Şuşada da filial açmağa hazırlaşırıq.
Atalar demişkən, sən saydığını say, gör, fələk nə sayır.
Redaksiyamıza daxil olan məlumata görə, Ziraat Bankda aparılan yoxlama nəticəsində Avni Dəmirçi vəzifəsindən uzaqlaşdırılıb.
Ümumiyyətlə, bankın İdarə Heyətinin sədri Avni Dəmirçi və Müşahidə Şurasının sədri Bilgəhan Kuru vəzifələri ilə vidalaşıblar. Onları Onları, İlkər Met və Səlcuq Dəmir əvəz edib.
Məlumat üçün bildirək ki, Avni Demirci 1992-ci ildən “Ziraat Bank”da çalışır, bundan öncə “Ziraat Bank Özbəkistan”, “Ziraat Bank Türkmənistan” və “Ziraat Bank Moskva”nın İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir.
2015-ci ildən etibarən “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.
Avni Dəmirçi bankda direktor olduğu dönəmdə bankda çirkli pulların yuyulması, qeyri-leqal əməliyyatlar adi hal almışdı.
Bütün bunlardan əlavə Avni Dəmirçi ABŞ-da sığınacaq tapan Fətullah Gülənin tərəfdarı kimi bankda şübhəli əməliyyatlar edib. Avni Dəmirçi hətta Türkiyənin Azərbaycandakı səfirliyini saymır və tədbirlərinə qatılmır.
Redaksiyamıza daxil olan məlumatdan bəlli olur ki, hazırda bankda ciddi yoxlama davam edir. Məsuliyyətə cəlb olunacağından qorxan Avni Dəmirçi ölkədən qaçmaq imkanı arayır. Hətta baş verənlərdən Avni Dəmirçinin yaxın ətrafı da təlaş hissi keçirir və həbs olunacaqlarından ehtiyyat edirlər.
Avni Dəmirçi isə dostlarını sakitləşdirir ki, narahat olmayın, lazım olan yerləri görmüşəm, hər şey yaxşı olacaq.
Görəsən, Avni Dəmirçi kimləri və necə görüb ?
Bəlkə, Avni Dəmirçi Azərbaycan qanunlarına meydan oxumaq istəyir ? Axı, bankda araşdırma zamanı xeyli sayda qanun pozuntuları aşkar edilib. Bəs buna kim cavab verəcək, cənab Dəmirçi ?
Əslində bankdakı cinayət əməllərini təkcə Avni Dəmirçi deyil, o və komandası törədib. Onlar da məsuliyyətə cəlb olunmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...