Mədəniyyət Nazirliyindən daha bir RƏZALƏT: Nizami Gəncəvi nə vaxtdan İran şairi olub?

Mədəniyyət Nazirliyindən daha bir RƏZALƏT:

Paytxtda təşkil olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında İranın növbəti təxribatına imkan verilib.

Yenicag.az xəbər verir ki, oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılan və ayın 10-na qədər davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (“Baku International Book Fair 2021”) qurulan İran stendində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rəsm-portreti titul şəkil kimi vurulub.

İran təmsilçiləri bununla dahi Azərbaycan şairinin məhz “onlara” aid olduğuna dair aramsız iddialarını Bakıda da ortaya qoyublar. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb və geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, haqqında danışılan sərginin təşkilatçısı Azərbaycanın Mədəniyyət Nazirliyidir. Sərginin sponsoru bp şirkəti, əsas informasiya dəstəkçisi İctimai Televiziya (İTV), təşkilatı tərəfdaşı isə “Caspian Event Organisers” (CEO) şirkətidir.

Onu da xatırladaq ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda 2021-ci il “Nizami İli” elan edilib.

Bu da Mədəniyyət Nazirliyinin “Nizami İli”nə və ədəbi irsimizə “töhfəsi”…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...