""Kapital Bank" pensiyaçıları tələyə salıb hərifləyir" - Tanınmış iqtisadçıdan İTTİHAM
Bildiyiniz kimi "Kapital Bank" ASC-nin səhmlərinin 99.87 faizi "Paşa Holdinq"ə məxsusdur və ölkə üzrə pensiyaların yarısını da bu bank ödəyir. Diqqət edin və görün ki, bu qədər sərvət sahibləri olanlar pensiyaçıların cibinə necə girirlər. Hər kəsə məlumdur ki, hazırda aztəminatlılar arasında birinci yerdə işsizlər, sonra isə pensiyaçılar gəlir. "Kapital Bank" işsizlərə kredit vermir, amma pensiyaçılara bonus təklif edir". Gundemiinfo.az hurriyyet.az-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğluya məxsusdur.
İqtisadçı alimin sözlərinə görə, "Kapital Bank"ın bankomatından pensiyasını alan hər kəsə təklif edilir ki, 100 manat əlavə pul götürün və bunu edənlərin gələn aykı ödənişindən 106 manat tutulacaq: "Əlacsız qalan, işıq-qaz pulunu, ərzağını və dərmanını aydan aya çatdırmayan pensiyaçıların çoxu da ilk baxışdan cəlbedici olan bu təklifə aldanırlar, bəli düyməsini basır və əlavə 100 manat götürərək sevinə-sevinə gedirlər. Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə özünün məsrəflərini və "Kapital Bank"ın gəlirlərini artırırlar. Əslində, bu yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və ayın bir günü təqaüdünü xərcləyib bitirən pensiyaçılar bu bonusu çəkə və tələyə düşə bilərlər".
Qubad İbadoğlu hesab edir ki, bu tələyə bir dəfə düşən pensiyaçılar, heç zaman ordan çıxa biməyəcək və hər ay 100 manat əlavə pul çəkmək məcburiyyətində qalacaq, bir gün də görəcək ki, gələcək pensiyaları da borca silinib: "Gəlin, birlikdə sadə hesablama aparaq, əgər bu təklifdən pensiyaçıların 40 faizi istifadə etsə, bu, təxminən 500 min nəfər deməkdir. Beləliklə də "Kapital Bank" ildə 1 pensiyaçıdan 72 manat, 500 min pensiyaçıdan isə 36 milyon manat qazana bilər. Bu qədər insafsızlıq olarmı? Xahiş edirəm, bu postu maskimum paylaşasınız ki, pensiyaçıların tələyə düşüb aldanmasına yol verməyək. Mətbuat nümayəndələrindən də xahiş olunur ki, bu yazını dərc etməklə ictimailəşdirilməsinə dəstək olsunlar".
770 dəfə oxundu