“Traktorun sənədi yoxdur” iddiasına fotofaktla cavab - "Blue River Agro” MMC-ni Astaradan kim qaçaq salıb?
Bir neçə gün öncə saytımızda Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev rayonun Şüvi kəndində "BLUE RIVER AGRO” MMC-nin fəaliyyətinə maneçilik törətməsi ilə bağlı şikayət dərc olunub. Şikayətçi Zaur Əliyevin sözlərinə görə, Amil Seyfullayev ondan "şirinlik” tələb edir, əks halda iş prosesinə maneçilik törədəcəyini bildirib. "BLUE RIVER AGRO” MMC-yə məxsus traktor səbəb göstərilmədən cərimə meydançasına aparılıb və şirkətin əməkdaşlarına təzyiq edilib.
Bütün bunlardan sonra isə adıçəkilən şirkət başladığı işi yarımçıq qoyaraq Astara rayonunu tərk edib.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev zərimə meydançasına aparılan traktorun heç bir sənədinin olmadığını və suvarma sisteminə ziyan dəydiyini bildirib:
"Bildiririk ki, sözügedən məsələ ilə bağlı səsləndirilən iddialar əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, həmin şirkət tərəfindən Deqədi kəndi ərazisində traktorla qazıntı işləri aparılarkən ətraf ərazilərin suvarılmasında istifadə olunan və Astara royon Suvarma Sistemləri İdarəsinə aid olan borular qırılaraq sıradan çıxarılıb. Nəticədə ətraf ərazilərin suvarma suyu ilə təminatı da dayanıb. Bununla bağlı aidiyyatı qurum, yəni Astara Suvarma Sistemləri İdarəsi tərəfindən Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Araşdırma zamanı eyni zamanda qazıntı aparan traktorun da heç bir sənədinin olmadığı müəyyən olunub və həmin nəqliyyat vasitəsi müvafiq qaydada duracağa yerləşdirilib. Həmin şirkətin əməkdaşlarının Astara RPŞ-də polis əməkdaşları tərəfindən incidilməsi, təzyiqə məruz qalması ilə bağlı iddianın heç bir əsası yoxdur”.
Şikayətçi tərəf isə traktorun sənədlərinin olduğunu və eyni zamanda iş prosesi zamanı suvarma sisteminə ziyan vurulmadığını deyib. İş prosesi zamanı traktor sürücüsü hər iki tərəfdən heç bir sistemə qoşulmayan köhnə boruları aşkarlayıb və ərazidən təmizləyib.
Şikayətçi tərəf eyni zamanda iddiasını təsdiqləyən foto və videogörüntüləri də redaksiyamıza təqdim edərək, məsələnin yerindəcə araşdırılması üçün müvafiq komissiyanın yaradılmasını da təklif edib. Həmin görüntüləri təqdim edirik.
1 266 dəfə oxundu