Tağıyevin heykəlini zədələyən şəxslər "Kontakt Home"nin işçiləri olub - FOTO

Tağıyevin heykəlini zədələyən şəxslər "Kontakt Home"nin işçiləri olub -

Xəbər verildiyi kimi, bir-neçə gün əvvəl 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar.

Yeniavaz.com xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb.

Daha sonra məlum olub ki, saxlanılan şəxslər rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un əməkdaşları olub.

Məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada "Kontakt Home”un PR meneceri Vəfa Rustamova bildirib ki, hadisədə şübhəli bilinən şəxslər şirkətimizdə satış təmsilçisi kimi çalışırlar: "Biz işə qəbul prosesində namizədlərin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri barədə də referanslar toplayırıq. Hər iki şəxs haqda nə əvvəlki iş yerlərindən, nə də şirkətimizdə çalışdıqları müddətdə həmkarlarından mənfi rəy almamışıq, iş öhdəliklərini də qaydasında yerinə yetiriblər. Doğrudur, sözügedən hadisə işdən kənar vaxtda baş verib. Buna baxmayaraq, baş verən bu hadisəyə görə özümüzü mənəvi günahkar hesab edirik”.

Yeri gəlmişkən qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində yeniavaz.com saytında bu barədə yazı yayımlandıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” adlı məhsulların tanıtımında istifadə olunan "Almaniya brendi", "Almaniya istehsalı" kimi ifadələr silindi.

Həmin yazını aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:
“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – FAKTLAR
Tağıyevin heykəlini zədələyən şəxslər "Kontakt Home"nin işçiləri olub -


Onu da qeyd edək ki, “Kontakt Home” Mağazalar Şəbəkəsinin deputat Elnur Allahverdiyevə məxsus olduğu bildirilir. Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər “ABC-Telecom” MMC-nin (“Kontakt Home” bağlı olduğu şirkət) Baş direktoru olub. Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırdığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...