324 min vergi borcu var, özünə yeni villa tikir – Baba Rzayevin qardaşı barədə FAKTLAR

324 min vergi borcu var, özünə yeni villa tikir –

Ölkənin aparıcı şirkətlərindən biri olan "Göknur Bakı LTD" MMC-nin (VÖEN-1500023181) dövlət büdcəsinə böyük həcmdə - 323 min 844 manat 11 qəpik (26.01.2022-ci il tarixə olan məlumat) vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, "Göknur Bakı LTD" MMC-nin rəhbəri Rahib Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşıdır.
324 min vergi borcu var, özünə yeni villa tikir –

Maraqlıdır ki, dövlət büdcəsinə 324 min manat vergi borcu olan Rahib Rzayev bu yaxınlarda Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 713 kv. metr olan ərazidə 7 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlayıb.
324 min vergi borcu var, özünə yeni villa tikir –

Məlumat üçün onu da qeyd edək ki, “Göknur Bakı LTD" MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ziya Bünyadov ev 11, məhəllə 2062”da yerləşir. Qeyd olunan ünvanda “Azərenerji” sədrinin digər bir qardaşı Emin Rzayevin rəhbərlik etdiyi “Bakelektro” MMC adlı şirkət də qeydiyyatdan keçib. 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC bugünə kimi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi və dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.

324 min vergi borcu var, özünə yeni villa tikir –
324 min vergi borcu var, özünə yeni villa tikir –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...