"Bu rüşvətxor məmurların əlinə nə keçirsə, satır..." - Astarada ÖZBAŞINALIQ

"Bu rüşvətxor məmurların əlinə nə keçirsə, satır..." -
Qəzənfər Ağayevin uzun illərdir rəhbərlik etdiyi Astara rayonundan şikayətlər durmadan artır. Qeyd edək ki, özü barəsində toxunulmaz imici formalaşdıran Qəzənfər Ağayev hətta sakinlərdə belə bir qənaət də formalaşdırıb ki, ondan hara şikayət etsələr də, xeyri yoxdur.

Elə DİA.AZ-a göndərilən son şikayətdə də sakinlər başçının zülmündən giley edir, dəfələrlə dərdlərini Qəzənfər Ağayevə çatdırmaq istəsələr də, bunun mümkünsüz olduğunu bildirirlər.

Sakinlər dia.az-a yazır: "Astara rayonunda heyvanlar üçün ayrılan örüş yerlərini məmurlar öz adlarına sənədləşdirib, zəbt ediblər. Rayonun Şahağacı kəndində bir metr torpaq sahəsi yoxdur ki, heyvanlar otlasınlar. Kəndli bilmir nə etsin".

Sakinlər daha sonra dia.az-a bildirir: "Hətta kənd qəbirstanlıq üçün islahat zamanı ayrılmış torpaq sahəsini bələdiyyə tərəfindən satılıb. Bu rüşvətxor məmurların əlinə nə keçirsə, satır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...