Rusiya hər keçən gün Ukraynada milyardla dollar ziyana düşür - ARAŞDIRMA
Fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 269 ədəd tankı, 945 ədəd zirehli maşını, 105 ədəd artilleriya sistemi, 50 ədəd reaktiv yaylım atəşi sistemi, 19 ədəd hava hücumundan müdafiə sistemi, 39 ədəd təyyarəsi, 40 ədəd helikopteri, 409 ədəd avtomobil texnikası, 2 ədəd sürətli kateri, 60 ədəd yanacaq çəni, 3 ədəd dronu məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin 10 mindən çox canlı qüvvə itirdiyini bəyan edib.
İlkin təqribi hesablamalara əsasən Rusiyanın Ukraynaya hücumu nəticəsində hər gün üçün 2 milyard dollardan çox vəsait sərf edir. "Hurriyyət" olaraq hərbi əməliyyatlar üçün sərf edilən xərcləri hesablamağa çalışdıq. İlk olaraq Ukrayna Hava Hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Rusiya qırıcılarının qiymətlərinə diqqət edək.
Ukrayna səmalarında bombardımançı kimi uçuşlar edən qırıcılar əsasən SU-25 qırıclarıdır. Onların arasında MİQ-29-lar və digər qırıcı təyyarləri də var. Ukrayna rəsmi hərbi çevrələri hələlik vurulan rus qırıcılarının konkret növləri barədə bilgi vermir. Lakin hər qırıcı təyyarəsi üçün ən aşağı qiymət 25 milyon dollardan başlayır.
Məsələn, rus silah sənayesi haqqında məlumat verən https://rg.ru/ saytında qeyd edilir ki, 2020-ci ildə dövlət müqavilələrində SU-25 qırıcı təyyarlərinin dəyəri 1 milyard 605 milyon rubl, 13 milyon dolalrdır.
Rusiya 8 gündə Ukrayna səmasında 1 milyard 600 milyon dollar itirib
Lakin bununla yanaşı təyyarənin təmirinə və modernləşdirilməsinə əlavə olaraq 401 milyon rubl və ya 3 milyon 325 min dollar sərf edilib. Dövlət proqramınıa uyğun olaraq modernləşdirmə 2019-cu ilin noyabrın 10-da başa çatdırılıb. Modernləşmədən sonra təyyarənin insansız hava cihazları və yeni görmə mexanizmləri ilə təchiz edilib. 2020-ci ilin deabrında Rusiya artıq SU-25-lərin dünya bazarında qiymətlərini əlavə olaraq 1 milyard rubl da artıraraq 3 milyar rubla təklif edib. Bu da 24 milyon 880 min 500 dollardır.
Lakin bu göstərilən də ilkin qiymətdir. Məsələn Ukrayna səmalarında vurulan rus qırıcıları ilə bağlı olaraq yayılan gündəlik informasiyalarda biz eyni zamanda SU-35 qırıcılarının da adına rast gəlirik. İlkin olaraq apardığımız araşdırmalar göstərir ki, bu günə qədər 10 SU-35 Ukrayna silahlı qüvvələri tərəfindən sıradan çıxarılıb. Araşdrımalarımız zamanı məlum oldu ki, hələ 2020-ci ildə Rusiya ilə Azərbaycan arasında SU-35 qırıcılarının alınmasına dair danışıqlar aparılıb. O zaman rəsmi olaraq bildirilirdi ki, Su-35 qırıcılarının Azərbaycana satış qiyməti 83 milyon dollardan 104 milyon dollara qədər dəyişir.
Bundan başqa Ukrayna səmalarında bir neçə MiQ-35 qırıcıısı da məhv edilib. Rusiya hərbi qaynaqlarına istinad etsək o zaman Moskva MİQ 35-ləri dünya bazarına 45 milyon dollara satışa çıxarıb.
Əgər biz ümumi olaraq hesablama aparsaq o zaman ortaya çıxan rəqəmlər təkcə Rusiyanın Ukraynada itirdiyi qırıcılara görə düşdüyü ziyanı təqribi hesablaya bilərik. Ortalama olaraq 39 qırıcının hər birini 40 milyon dollar olaraq götürsək, O zaman tək Ukrayna səmasında Rusiya son 8 gündə 1 milyard 600 milyon dollar itirib.
Rusiyanın 807 milyonluq tankı məhv edilib
İndi isə daha bir məqama diqqət edək. Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində yayımlanan məlumata əsasən bu günə qədər Rusiyanın Rusiya qüvvələrinin 269 ədəd tankı məhv edilib. "Hurriyyət"in apardığı araşdırmalar zamanı məlum olur ki, yalnız T-72 tankının dünya bazarında ilkin təklif edilən qiyməti 8 milyon dollardır. Rusiya mənbələrində xəbər verilir ki, istehsal qiyməti 3.5 milyon dollar olan T-72 tankı 2019-cu ildən dünya bazarına 8 milyon dollara çıxarılıb.
Ukraynaya hücum əməliyyatlarında kütləvi olaraq istifadə edilən digər bir tank isə modernləşdirilmiş T-54 tankıdır. 40 illik istehsal dövründə tank dəfələrlə modernləşdirilib. Nəticə etibarilə də Rusiya üçün maya dəyəri olaraq istehsal qiyməti 3.5 milyon dollar olub.
Əgər biz bu günə qədər məhv edilən 269 ədəd tanlın ortalama olaraq hər birini 3 milyon dəyərində qiymətləndirsək o zaman Ukraynada Rusiyanın maliyyə itkilərini dəyərləndirə bilərik. Təkcə tanklarının məhv edilməsinə görə son 8 gündə Rusiya 807 milyon dollar (269x3.000 000) vəsait itirib.
Rusiyaya dünya birliyi tərəfindən tətbiq edilən iqtisadi sanksiyaların fonunda biz əlavə olaraq Ukraynada məhv edilən 945 ədəd zirehli maşını, 105 ədəd artilleriya sistemi, 50 ədəd reaktiv yaylım atəşi sistemi, 19 ədəd hava hücumundan müdafiə sistemi, 40 ədəd helikopteri, 409 ədəd avtomobil texnikası, 2 ədəd sürətli kateri, 60 ədəd yanacaq çəni, 3 ədəd dronu məhv olunmasını da əlavə edə bilərik. Bu barədə əlavə araşdırmamız olacaq.
Əgər nəzərə alsaq ki, Rusiya Ukraynanın işğalına 200 min nəfərə yaxın şəxsi heyyətlə qoşulub o zaman hər bir əsgər üçün gündəlik olaraq minimum qida rasionu, silah və sursatlarla təminat da əlavə xərc deməkdir. Bütün bunlar müharibənin uzanması ilə Rusiyanın onsuz da son illərdə kiçilməkdə olan iqtisadiyyatı və sanksiyalar fonunda dəhşətli mənzərə ortaya qoyur. Söhbət ötən hər həftə üçün Rusiyanın Ukraynada itirdiyi milyardlardan gedir. Bütün hallarda keçən hər gün Rusiya üçün daha da ağır istisadi bataqlıq deməkdir.
"Hürriyyət"in İqtisadiyyat Şöbəsi
2 656 dəfə oxundu