Çinarlı” hoteldə baş verən həngamələrin əhatə dairəsi artmaqda davam edir- RƏZALƏT

Çinarlı” hoteldə baş verən həngamələrin əhatə dairəsi artmaqda davam edir-
Yəqin ki, müəyyən çevrə Bakı şəhəri, Binəqədi rayonunun Xocasən yaşayış massivində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Çinarlı” hoteldə qol qoyulan çoxsaylı biabırçılıqlarla bağlı az-çox məlumata malikdirlər. Qeyd edək ki, bu hotelin mərkəzi ərazidən bir qədər kənarda yeləşməsi və hər cür iyrənc əməllərə qol qoymaqla fəaliyyət göstərməsi, məhz bu obyektə müştəri axınının artmasına gətirib çıxarır. Belə bir səbəbdən də, burada baş verən iyrəncliklərin, hər cür çirkin əməllərin əhatə dairəsi getdikcə genişlənir. Düzdür, bir müddət bundan öncə Nyus.az xəbər portalının redaksiyasına bu ünvanda baş verənlərlə bağlı xeyli məlumatlar daxil olmuşdu. Belə bir səbəbdən də, “Çinarlı” hotelin fəaliyyəti ilə bağlı həm media üzərindən, həm də mümkün imkanlarımızdan istifadə edib, bu yöndə müəyyən araşdırmalarımızı həyata keçirdik. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Çinarlı” hotel Mədəniyyət nazirliyinin balansındadır və guya ki, ictimai-iaşə obyekti olaraq fəaliyyət göstərir. Əslində bu obyekt uzun illərdir ki, ən böyük əxlaqsızlıq yuvalarından biri olaraq fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda bu hoteldə idarəçiliyi Zahid adlı şəxs həyata keçirir və çatdırılan məlumatlara görə bu şəxs hər növ çirkin işlərə qol qoymaqda kifayət qədər peşəkarlıq nümayiş etdirməyi bacarır. Belə bir səbəbdən də, obyekt sahibi onu əldən buraxmır və obyektin idarə olunması işini Zahid adlı şəxsə həvalə edir. Qeyd edək ki, “Çinarlı” hotelin əsl sahibi heç zaman üzə çıxmır və bir növ o, gözəgörünməz olur. Elə ki, obyekt sahibinin kimliyi haqda Zahid “bəy”ə sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Bura ağsaqqalındır, onu tanıyan yoxdur” deməklə kifayətlənir. Belə bir cavabın verilməsi olduqca düşündürücü cavab olur.

Qeyd edək ki, “Çinarlı” hoteldə mövcud qanunvericiliyin tələbləri kobudcasına pozulur. Yəni, bu hotelə üz tutan cütlüklərdən heç bir halda nigahda olub-olmadıqları soruşulmur, göstərilən xidmətin müqabilində bir kimsəyə ödəniş qəbzi verilmir, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi imzalanmır və onların sağlamlıq durumlarının müəyyən olunması yöndə həkim arayışı olmur, antisanitariya halları baş alıb gedir. İşçilərdən bəziləri Covid-19 pasportu olmadan fəaliyyət göstərirlər. Söylənilənlərə görə bu obyektdə “levı” elektrik xətti ilə bərabər, “levı” su xətti də var. Bir sözlə, uzun müddətdir ki, “Çinarlı” hoteldə idarəçilik belə bir qaydalar əsasında fəaliyyət göstərməkdədir. Düşündürücü hal odur ki, qeyd olunan ünvanda olmazın biabırçılıqlar baş verir, Binəqədi RİH-nin və Binəqədi RPİ-nin rəhbər şəxsləri isə, yaşananlarla bağlı hələ də seyrçi münasibət bəsləməkdə davam edirlər. O halda sual oluna bilər ki, görəsən “Çinarlı” hoteldə baş verənlərlə bağlı aidiyyatı dövlət qurumlarının susamalarına səbəb nədir?

Təəssüf doğuran hal odur ki, cənab Anar Kərimovun rəhbərlik etdiyi Mədəniyyət nazirliyinə tabe olan bu obyekt, hal-hazırda ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyətini davam etdirməkdədir. Minbir xəstəliyin daşıyıcısı olan “Çinarlı” hotelin bu cür fəaliyyəti, sözün həqiqi mənasında biabırçılıqdır, utanc hissi gətirən halın varlığıdır. O halda sual oluna bilər ki, mədəniyyətimizi təbliğ edən və inkişaf etdirən bir nazirliyin adını, belə bir əxlaqsızlıq ünvanı ilə bağlamaq hansı məntiqə sığar? Axı, qadınların, azyaşlı qızların cinsi istismarına şərait yaradılan bu ünvanda hansı mədəniyyətdən, hansı əxlaqdan söz açmaq olar? İnanırıq ki, “Çinarlı” hoteldə baş alıb gedən həngamələrə, hər cür çirkin əməllərə vicdanı və əxlaqı təmiz olan cənab Nazir heç bir halda göz yummayacaq. Çünki, bu obyektin belə bir yöndə fəaliyyət göstərməsi, bütövlükdə Nazirliyin adına ləkədir. Odur ki, baş verənlərlə bağlı həm düşünmək, həm də götürqoy etmək gərəkdir ki, ictimai qınaqdan xilas olmaq mümkün olsun.

Onu da qeyd edək ki, illər öncə qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə “Milli Fəaliyyət Planı” təsdiq olunub. Yəni, ölkə rəhbəri İlham Əliyev cənabları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu yöndə müvafiq Sərəncam imzalayıb. İmzalanan Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə üzərinə düşən beynəlxalq öhdəliklərin icrasının təmin olunması nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi təsdiq olunmuş “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməsi, Nazirlər Kabinetinin isə, Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunub. Bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Çinarlı” hotelin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı aidiyyatı dövlət qurumları tərəfindən lazımi tədbirlər görülmür. Bu da onu söyləməyə əsas verir ki, bu obyektə sahiblik edən şəxslərin əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşları ilə hansısa formada bağlılığı var. Ona görə də, “Çinarlı” hotelin əsl sahibinə, yaxud da bu obyekti işlədən Zahid adlı şəxsə bir kimsə “qaşın üstə qara var” demir. O halda sual oluna bilər ki, görəsən bu obyektin əsl sahibi hansı şəxsdir ki, bir kimsə “Çinarlı” hotellə bağlı əməli addım atmağa “risk etmir”. Onu da nəzərə almaq lazımdır ki, bu obyektə qarşı lazımi tədbirlər görülmədikcə, daha dəqiq desək fəaliyyəti dayandırılmadıqca, bu ünvanda baş verən həngamələrin, hər cür qanunsuzluqların əhatə dairəsi artmaqda davam edir. Deməli, “Çinarlı” hotelə qarşı lazımi ciddi tədbirlərin görülməsini zamanın özü tələb edir. Yoxsa, bizi daha böyük fəakətlər gözləyə bilər.

Mövzuya qayıdacağıq.

Nyus.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...