Dünyada kartof da qıtlaşır – AZƏRBAYCANI DA TƏHLÜKƏ GÖZLƏYİR
92 min ton yerli və keyfiyyətli kartofu xaricə satıb, əvəzində 164 min ton keyfiyyətsiz kartof alırıq
Pandemiyadan çıxmış və zəif durumda olan dünya iqtisadiyyatı Ukrayna-Rusiya savaşı ilə daha ağır böhranla üz-üzədir. Bununla belə indi dünyanı narahat edən əsas məqam yaxın aylarda ərzaq təminatı ilə bağlı problemlərdir. Dünya bazarında enerjidaşıyıcılarının qiymətnin artması bir çox ölkələrdə bahalaşma dalğası yaradıb. Azərbaycan qeyri-neft sektoru üzrə ehtiyaclarının böyük bir qismini idxal edir. Neftin bahalaşması fonunda Azərbaycanın da idxal inflyasiyası ilə üzləşəcəyi, ölkəmizdə də bahalaşmanın baş verəcəyi qaçılmazdır. Düzdür neftdən əldə edilən gəlirlərin ölkə əhalisinin həyatına birbaşa təsiri yoxdur.
Eyni zamanda, idxal prosseslərində neft gəlirləri birbaşa sərf edilmir. Bununla belə idxal infilyasiyası fonunda büdcədən maliyyələşən 2 milyona yaxın vətəndaşın aldıqları əmək haqqı, sosial təminat üzrə gəlirləri ciddi şəkildə dəyərsizləşəcək.
Bu baxımdan da indi Azərbaycanda aqrar sektorun yeni texnologiyalar əsasında formalaşdırılmasına ehtiyac var. Ekspertlərin fkirincə, dünyada baş verən prosseslər fonunda Azərbaycan hökumət antiböhran komissiyaları formalaşdırmalıdır. Gələcək üçün gözlənilən böhranla bağlı təxirəsalınmaz addımlar da atılmalıdır.
İndi bir çox ölkələr əsas qida məhsulları olan buğda və sair dənli bitkilər, o cümlədən günəbaxan yağı və digər yağlar, şəkər tozu və sair kimi əsas qida məhsullarını depolamağa çalışırlar. Bununla belə benzin və digər yanacaq növlərinin bahalaşması fonunda ABŞ və Avropada artıq sosial yardım paketləri elan edilib. ABŞ-da avtomobili olan hər bir vətəndaşa birdəfəlik 400 ABŞ dolları həcmində yardım göstəriləcək. Almaniya hökuməti bahalaşma fonunda vətəndaşlarına hər ailəyə 300 avro, hər bir uşağa görə isə 200 avro həcmində birdəfəlik yardım paketləri tətbiq edəcəyi ni açıqlayıb.
Bundan başqa Avrozonada digər dövlətlər də bahalaşma və ərzaq istehlakı baxımından vətəndaşların əziyyət çəkməməsi üçün yardım paketləri hazırladıqlarını elan ediblər.
İndi bir sıra ölkələr Ukrayna-Rusiya müharibəsinin yarada biləcəyi qlobal ərzaq qıtlığı sorunlarını önləməyə çalışır. Lakin nədənsə Azərbaycanda bu meyillər müşühaidə edilmir. Məsələn dünən Ermənistan hökuməti yaxın aylarda ölkədə ərzaq buğdası qıtlığı yarana biləcəyini ifadə etdilər. Rusiyanın Avroasiya İttifaqı üzv dövlətlərinə cari ilin sentyabr ayına qədər buğda satmaması ilə bağlı qərarı ermənilərin işini ciddi şəkildə çətinləşdirib.
Ermənistanda artıq digər məhsulların da qıtlığının yaşan a biləcəyi gözləniləndir.
Analoji durum Gürcüstan üçün də keçərlidir. Rusiyadan əsas buğda istehlakçısı olan gürcülər iyuna qədər ehtiyatlarını toplasalar da müharibənin uzun sürəcəyi təqdirdə alternativ variantlar düşünməlidir.
Azərbaycanda da analoji vəziyyət yarana bilər. Düzdür Azərbaycan Avroasiya İttifaqının üzvü deyil və buğda idxalı ilə bağlı bir neçə alternativ bazar imkanları var. Bununla belə ortada olan əsasən bahalaşma problemidir. Sadə dillə ifadə etsək idxal etməyə buğda olsa belə kifayət qədər baha olacaq. Bu baxımdan aqrar sektorda ciddi şəkldə təcili tədbirlər görülməlidir. Məsələn bir neçə gündür ki, ölkədə yaşanan qeyr-sabit hava şəraiti səbəbindən əsas qda məhsullarından birk olan və yazlıq tədarükə hazırlanan kartof plantasiyalarının yarıdan çoxu sırdana çıxıb. Məlumata əsasən Cəlilabadda aramsız yağışlar hektarlarla kartof sahələrinə ziyan vurub.Sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib. Müqayisə üçün deyək ki, Azərbaycanda yerli kartof tədarükünün 35 faizi Cəlilabad, Masallı, Biləsuvar rayonlarının payına düşür.
Rəsmi statistikaya görə 2021-ci ildə Azərbaycan 40 milyon 777 min dollar dəyərində (artım 18,6%) 92 min 343 ton kartof (artım 13,5%) ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə 38 milyon 477 min dollar dəyərində (artım 24,9%) 85 min 412 ton kartof (artım 23,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 92,5%-i RF-nin payına düşüb.
Yəni bu il Azərbaycanda kartof ixracatçıları ciddi ziyanla üzləşəcəkləri təqdirdə yerli təlabatda da problemlər yaşanacaq. Çox maraqlıdır ki, ölkəmizin bir il üzrə ixracat potensialı 40 milyon 777 min dollar dəyərində 92 min tondursa, idxalatdan da asılıdır. Yəni yeri istehsalçıların maraqları qorunmaqla daxili təlabatın ödənilməsi proqramı ortada yoxdur. İxrac etdiyimiz kartofun həcmindən daha çoxunu da idxal edirik. Rəsmi statistikaya görə Azərbaycana kartofun əsas tədarükçüsü İran olub. Bu ölkədən 40 milyon 4 min dollar dəyərində 164 min 544 ton kartof idxal edilib.
Yəni 92 min ton xaricə satıb əvəzində daha ucuz və aşağı keyfiyyətli olan 164 min tondan çox kartofu İrandan alırıq. Mütəxəssislər bildirir ki, buna səbəb daxildə yerli kartof aşağı qiymətə alındığı təqdirdə xaricdə baha satılır. Əvəzində isə xaricdən daha ucuz kartof idxal edilir. Yerli tədarükçülər saxlama anbarlarının olmaması və bu sektorda dövlət sifarişlərinin olmaması səbəbindən məhsullarını dərhal xarici bazara çıxarmağa çalışırlar. Deməli yuxarıda qeyd etdiyimiz aqrar sektorun subsidiyalaşdırılması, sığorta sisteminin effektiv təşkil edilməməsi, qlobal böhran şəraitində ərzaq təhlükəsizliyinin təmin olunması problemlərimiz var.
Sonda onu da qeyd edək ki, dünyada da əsas qida olan kartofla bağlı narahatlıqlar var. Məsələn, Şimali-Qərbi Avropa kartofçulardan ibarət dörd ölkə (Almaniya, Belçika, Fransa və Hollandiya), kartof əkin sahələrinin 4.7% azalması ilə üzləşib, Fransanın payı isə 3.0%. azalıb.
Şimali-Qərbi Avropa Kartof Yetiştiricilerinin (NEPG) mütəxəssislərinə görə, son kartof istehsalının, kartof üçün 6.4 ilə 6.9 milyon ton arasında azalacağı gözlənilir.
“Hüriyyət” İqtisadiyyat Şöbəsi
3 102 dəfə oxundu