Baba Rzayevin kürəkəni “Gömrük”dən 4,5 milyonluq tender uddu – TƏFƏRRÜAT
Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “FF Construction” MMC (VÖEN- 1500616851)olub.
“FF Construction” MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə işləri yerinə yetirəcək və bunun üçün Komitədən 4 milyon 585 min 707 manat 16 qəpik alacaq.
“FF Construction” MMC qeyd olunan işləri bir il iki ay ərzində görəcək.
Onu da bildirək ki, “FF Construction” MMC ötən ilin aprel ayında da Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
“FF Construction” MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işləri yerinə yetirib və bunun üçün Komitədən 7 milyon 576 min 420 manat 79 qəpik alıb.
Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.
21.12.2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir.
“FF Şirkətlər Qrupu”nun “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da qeyd edək ki, “FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi “Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.
Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən “Zirə Aqrorark” MMC-nin də direktoru olub.
3 126 dəfə oxundu