Emin Əmrullayevdən Ramiz Mehdiyevin oğluna 400 MİNLİK TENDER HƏDİYYƏSİ - ARAŞDIRMA

Emin Əmrullayevdən Ramiz Mehdiyevin oğluna 400 MİNLİK TENDER HƏDİYYƏSİ -
Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər təyin edilən Ramiz Mehdiyev deyəsən milyonlarını qazanmaqda davam edir. Özü də milyonları ona və ailəsinə yeni və gənc məmurlar peşkəş edirlər. Uzun zamandır ki, Azərbaycan hakimiyyətinə qarşı siyasi müxaliflik edən Ramiz Mehdiyevin artıq dövranı bitib deyə düşünənlər yanılırlar.

Çünki "Hürriyyət"in apardığı kiçik bir araşdırma zamanı ortaya çıxan faktlar əslində Mehdiyevlərə himayədarlıq edənlərin olduğu, onların qanunlara məhəl qoymadan bizneslərinə dəstək verirlər. Maraqlıdır ki, Ramiz Mehdiyevin oğlu dövlət məmuru olsa da, onun biznesi də var. Hansı ki, bu qanunla qadağan edilir. Bundan başqa R.Mehdiyevin general-mayor rütbəsində olan oğlu Teymur Mehdiyevin şirkəti barədə rəsmi dairələrdə araşdırmalar aparılsa da, Təhsil Nazirliyinin tenderlərində qalib də olur.

"Hürriyyət" xəbər verir ki, artıq bir neçə gündür bu barədə sosial şəbəkələrdə müzakirələr açılsa da, hələlik Təhsil Nazirliyindən hər hansı bir açılqlama verilməyib. Məsələn ictimai fəal Aydın Allahverdi bu barədə daha ətraflı bilgilər paylaşıb.

Emin Əmrullayevdən Ramiz Mehdiyevin oğluna 400 MİNLİK TENDER HƏDİYYƏSİ -
Emin Əmrullayevdən Ramiz Mehdiyevin oğluna 400 MİNLİK TENDER HƏDİYYƏSİ -
Emin Əmrullayevdən Ramiz Mehdiyevin oğluna 400 MİNLİK TENDER HƏDİYYƏSİ -


Bildirib ki, qanunlar faktiki olaraq pozulur və təhsil naziri Emin Əmrullayev nədənsə buna göz yumur.

"Fövqəladə hallar naziri 30 dekabr 2007-ci ildə 140 nömrəli Əmr imzalayıb: Əmrin adı belədir “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları. Həmin qaydaların 5.5-ci bəndində qeyd olunur ki, işçi heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz" deyə A.Allahverdi qeyd edir .

Maraqlıdır ki, “Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsus olduğu da bir faktdır. Bu barədə rəsmi olaraq qaynaqlarda əldə etdiyimiz informasiyalardan da aydın görünür.

Bununla belə ötən il Hesablama Palatası Baş Prokurorluğa müraciət etmişdi ki, AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başladılsın.

Səhifə 137-də... https://sai.gov.az/files/Hesabat2020_FINAL_son.pdf

Aydın Allahverdi qeyd edir ki, bu müraciətə baxmayaraq bu gün Təhsil nazirliyinin 361 min manatlıq tenderinin qalibi “Şərq-Qərb” ASC olub.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, tenderin qalibi olan şirkətin rəsmi ünvanı İstiqlaliyyət küçəsi 9 olaraq göstərilir. Həmin ünvanda isə Ramiz Mehdiyev və Qalina Mehdiyeva da qeydiyyatdadır.

Qeyd edək ki, hazırda "Şərq-Qərb" ASC faktiki olaraq fəaliyyətdədir və sahibi olaraq Teymur Mehdiyevin rəhbərliyi də ləğv edilməyib. Görünən odur ki, Emin Əmrullayev bu faktlardan məlumatsız ola bilməz. Əlbəttə ki, onu da bilməmiş olmaz ki, Ramiz Mehdiyevin oğlu tenderin qalibi olmaq üçün FHN-dəki psotundan istefa verməlidir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...