"Qala Qapısı" Restoran sahibi Zərifə Əliyeva parkı yazısını çıxardıb, öz restoranın adını yazdırdı

"Qala Qapısı" Restoran sahibi Zərifə Əliyeva parkı yazısını çıxardıb, öz restoranın adını yazdırdı
Parkın giriş-çıxışı tamamilə hasara alınıb.

Bir neçə il öncə Bakı şəhərində parkların salınması üçün, ölkə başçısı cənab, Prezident İlham Əliyev tərəfindən bir neçə sərəncamlar imzalanıb. Dövlət başçısının sərəncamlarına əsasən, parkların salınması üçün, dövlət büdcəsindən yüksək vəsaitlər ayrılıb. "Hərəmiz bir ağac əkək" kompaniyası günümüzün əsas iş vaxtlarından birinə çevrilib.

Biz sadə vətəndaşlar parkların qorunmasında, ağacların əkilməsində yaxından iştirak etsək də, keçmiş və indiki bəzi məmurlar parkların ərazilərində yaşıllıqları və uzunillik ağacları məhv edərək özlərinə kafe, restoran düzəldirlər. Belə restoranlardan biri də keçmiş iriçaplı məmurlardan, birinə məxsus olan "Qala Qapısı" restoranıdır.

"Qala Qapısı" restoranı Binəqədi rayonundakı, Zərifə Əliyeva parkının birinci giriş qapısını bağlayaraq, Zərifə Əliyeva parkı yazısını oradan çıxardıb, parkın girişinə "Qala Qapısı" yazıblar.

Biz bir vətəndaş olaraq Zərifə xanımın adını daşıyan parkda "işbazlar"ın bu hərəkətlərinə etiraz edirik. Zərifə Əliyeva parkından yaxın günlərdə geniş reportajı oxucularımıza təqdim edəcəyik. (gundelik-baku.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...