Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... – Maraqlı tender

Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... –
Qobustan rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “FUBOS-M” MMC (VÖEN- 1604732971) olub.

Müsabiqənin şərtlərinə görə, “FUBOS-M” MMC aşağıda adları qeyd olunan malları Gənclər və İdman İdarəsinə satacaq və qarşılığında 10 min 790 manat alacaq:
- Diplom – 400 ədəd
- Medal – 100 ədəd
- Broşura – 500 ədəd
- Çərçivə – 150 ədəd
- Qələm – 300 ədəd
- Hədiyyə qutusu – 100 ədəd
- Hədiyyə - 100 ədəd
- Blaknot – 70 ədəd
- Kitabça – 70 ədəd
- Plakat – 10 ədəd
- Kiçik bayraq – 200 ədəd
- Böyük bayraq – 90 ədəd
- Döş nişanı – 200 ədəd
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Qobustan rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 11.05.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “FUBOS-M” MMC isə bundan təxminən bir ay əvvəl - 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40”da yerləşir. Qanuni təmsilçisi Qurbanov Asəf Bağır oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan digəri isə qalib şirkətin dövlət qeydiyyatına alındığı ünvanda yaxın tarixlərdə 200-ə yaxın şirkətin qeydiyyata alınmasıdır. Bu şirkətlərin bir-çoxunun qanuni təmsilçiləri də eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil. Şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.

“FUBOS-M” MMC ilə birgə “ Məşədi Hilal Kazımov, ev 40” qeydə alınan şirkətlər bunlar olub:
Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... –
Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... –
Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... –
Yenə “gənc” şirkət, yenə Gənclər və İdman İdarəsi... –

Qeyd edək ki, Gənclər və İdman İdarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...