144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı PULLA TİKDİRİB? – FOTOSƏNƏD

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı PULLA TİKDİRİB? –

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, villalara, obyektlərə sahib olmaları barədə çox yazılıb.

Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən bəzi məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər bir-birinə tərs mütənasibdir.

Acınacaqlı məqam budur ki, bu cür korrupsiya faktları məktəbəqədər təhsil müəssisələrində, bağçalarda da baş verir. İllərdir bu kimi faktlar və təəssüf ki, qarşısını almaq üçün ciddi addımlar atılmır.

Eyni vəziyyət Bakı şəhəri, Xəzər rayonunda yerləşən 144 saylı uşaq baxçasının müdiri Sənəm Hacıyeva ilə bağlıdır.

Bağçanın müdiri Hacıyeva Sənəm Eldar qızı qiyməti yarım milyondan çox olan villa tikdirib.

Villa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində – Nazim İsmayılov prospekti 166 ünvanında yerləşir. 8 sot torpaq sahəsində tikilən villanın ümumi tikinti sahəsi 750 kvadrat metrə yaxındır.

Aylıq maaşı 400-600 manat civarında olan Sənəm Hacıyevanın öz adına olan villanın hazırkı bazar qiyməti 500 (beş yüz min) manatan çoxdur.milletinsesi.info


144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı PULLA TİKDİRİB? –
144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı PULLA TİKDİRİB? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...