"Mehriban Vəliyeva "5-ci kolon"un nümayəndəsi tərəfindən idarə olunur" - Deputat
"Mənə elə gəlir ki, hər hansı fikir rəsmi şəxs tərəfindən səsləndirilirsə, onun əsası olmalıdır. Əgər onun əlində faktı varsa, biz hazırıq. Bunun üçün hüquq mühafizə orqanları, rəsmi qurumlara müraciət edib, məsələnin həllinə yönəlməlidirlər. Boş-boş danışmaqla deyil. Mən də çox şeyi iddia edib deyə bilərəm. Əgər Etibar Əliyevin əlində tutarlı dəlillər varsa, buyurub hüquq mühafizə orqanlarına müraciət etsin və məsələnin dərinliyinə gedilsin. Əgər günahkar biziksə, biz cavab verək. Yox, əgər o, yalan deyirsə, o, cəzalandırılsın".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müavini Xəyalə Əhmədzadənin qanunsuz təyinatlarla məşğul olması barədə deputat Etibar Əliyevin səsləndirdiyi iddialarla bağlı münasibət bildirərkən deyib.
Müxbirimiz M.Vəlivevanın dediklərinə münasibət bildirməsi üçün Milli Məclisin deputatı Etibar Əliyev ilə əlaqə saxladı. O, isə cavabında dedi ki, Mehriban Vəliyeva "5-ci kolon" tərəfindən idarə olunur.
“Təəssüf edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etikadan kənar ifadələr işlədən bir şəxs rəhbərlik edir. Halbuki, həmin şəxs yalan danışır. O, kimlər tərəfindən idarə edildiyini etiraf etməlidir. M.Vəliyeva çox yaxşı bilir ki, liseylərə və şəhərin mərkəzində olan məktəblərə hansı əsaslarla şagird qəbulu aparılır. O, həmin işlərin mərkəzində duran adam İolduğu üçün, rəhbərlik etdiyi idarədə baş verən ikitirəlik, qarşıdurmalar barədə çox yaxşı bilir. O qadın kənardan, "5-ci kolon"un nümayəndəsi, vaxtilə Təhsil nazirinin müavini olan Məhəbbət Vəliyeva tərəfindən idarə edilir, amma bu ona icazə vermir ki, etikadan kənar ifadələr istifadə etsin.”, -deyə o, vurğuladı.
Söhbət əsnasında deputat açıqlamasında qeyd etdi ki, Bakı məktəblərinin təchizatı ilə bağlı korrupsiya faktları mövcuddur:
“Xəyalə Əhmədzadə havadarlarının sayəsində bu sahələrə - birinci siniflərə qəbul, bütün Bakı şəhərində yerləşən bağçalar və təhsilin idarə edilməsinə kuratorluq edir. Təhsildə hansı hadisələr baş verir, hansı qruplaşmalar var, layihələrə ayrılan vəsaitlərin necə mənimsənildiyini bütün ölkə bilir. Faktlar əlimdə olmasa, bəyanatlarla çıxış edə bilmərəm. O qadın bu cür neqativ halların çiçəklənməsində mərkəzi fiqurdur və Bakı məktəblərinin təchizatı ilə bağlı dəhşətli maxinasiyalardan, deyəsən, xəbəri yoxdur”.
E. Əliyev bir neçə fakt göstərib və araşdırılmasını tələb etdi:
Məktəblərin təchizatında bütün avadanlıqların qiymətləndirilməsinin reallığa uyğunluğu;
Büdcədən kənar daxil olan vəsaitlərin sərfiyyatı;
65 yaşı keçən direktor və müəllimlərin bir qrupunun əmək qabiliyyətinin uzadılmasının səbəbləri;
Son 2 ildə məktəblərə direktor təyin olunanların fəaliyyəti.
Sonda millət vəkili onu da əlavə etdi ki, yuxarıda sadalanan faktlarla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.\\Redaktor.az
832 dəfə oxundu