Səfər Mehdiyevin adamı ənənələrinə sadiqdir - Bakı Gömrüyündə yeni təyinatın ilk fəsadı

Səfər Mehdiyevin adamı ənənələrinə sadiqdir -
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun ilk işi ölkəyə mal gətirən iş adamları ilə geniştərkibli görüş keçirmək olub.

İ.Hüseynov iş adamlarına bildirib ki, gömrük bəyannaməsində mal-məhsulun alış qiymətini gizlətməyə çalışanlara 10%-lik cərimə tətbiq ediləcək.

Qeyd edək ki, bu “cəza növü” qanunvericilikdə nəzərdə tutulmayıb və iş adamlarını hər zaman narazı salan məsələ də məhz gömrük bəyannaməsində məhsulun qiymətinin göstərilməsidir.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra “yeni qaydalar” müəyyən edilmişdi, qiymətləri gömrükçülər özləri təyin edirdilər. Bunun üçün isə yerli bazardakı topdansatış məzənnə əsas götürülürdü. Məsələn, ölkəyə idxal edilən yağın qiyməti hər dəfə ölkə daxilindəki topdansatışa uyğunlaşdırılırdı. İş adamı isə yeni qiymətlə malı rəsmiləşdirdikdən sonra topdansatış məntəqələrinə məhsulu verərkən, öz qazancını əlavə etməli olurdu. Beləliklə, topdansatışda yeni qiymətlər yaranırdı və Gömrük Komitəsi növbəti dəfə yeni qiymətlərlə məhsulu rəsmiləşdirirdi. Nəticədə hər ay daxili bazarda məhsul bahalaşması müşahidə edilməyə başlamışdı.

İ.Hüseynovun iş adamlarına xəbərdarlığından belə bəlli olur ki, eyni prosesin davam etməsi ehtimalı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...