Uşaqlara işgəncə verilən mərkəzin sahibi hansı məmurun qızıdır? İDDİA

Uşaqlara işgəncə verilən mərkəzin sahibi hansı məmurun qızıdır?
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

Qaynarinfo sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir.

Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş tutub.

Məşhurlar açılış mərasimində iştirak efdib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anası yüksək vəzifədə çalışdığı deyilir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...