“Rahat Market”in qarşısında ağacları kəsib yerində yenilərini əkdilər (FOTO)

“Rahat Market”in qarşısında ağacları kəsib yerində yenilərini əkdilər
Xəzər rayonu, Buzovna qəsəbəsi, “Rahat Market”in qarşısındakı quru və qəzalı vəziyyətdə olan ağacların yerinə bu gün rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yeni ağaclar əkilib.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AzToday.az-a verilən məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisinin müxtəlif ünvanlarında quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı rayon İcra Hakimiyyətinin ETSN-in tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyinə (DEEA) müraciəti əsasında DEEA tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsi, “Rahat Market”in qarşısında 5 ədəd qurumuş şam ağacının götürülərək əvəzinə yeni tinglərin əkilməsi şərtilə rəy verilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarından ibarət komissiya tərəfindən ötən ilin yay aylarında Xəzər rayonu ərazisində aparılan monitorinq zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə 69 ədəd ağac (67 ədəd Şam və 2 ədəd Sərv ağacı) aşkarlanmış, digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglər əkilməsi şərtilə kökləri torpaqdan çıxarılaraq götürülməsi barədə rəy verilmişdir.

Məlumat deyilir: yeni tinglərin əkilməsi üçün yerli bələdiyyə tərəfindən müvafiq ərazi ayrılmalı, imkan daxilində yeni tinglər götürülən ağacların yerində, yaxud ona yaxın ərazilərdə əkilməlidir. Nəzərinizə çatdırırıq ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yaşıllığın götürülməsinə dair verilmiş rəy yekun qərar mahiyyətində deyil, bələdiyyə, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən ağacların götürülməsi üçün qərar qəbul edilərkən nəzərə alınır.

Xatırladaq ki, Bakı şəhəri, həmçinin Xəzər rayonu ərazisindəki park və yaşıllıq sahələrində zərərvericilərlə sirayətlənərək qurumuş və yarıqurumuş vəziyyətdə olan ağaclara dair “Abşeron yarımadasında yerləşən park və yaşıllıq sahələrində qurumuş, yarıqurumuş vəziyyətdə olan ağacların inventarlaşdırılmasının aparılması və bu istiqamətdə fitosanitar tədbirlərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılması ilə bağlı” adları yuxarıda qeyd olunan qurumların əməkdaşlarından ibarət komissiya tərəfindən mütəmadi baxış keçirilir. Sözügedən komissiya tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsinin aşağıda adları qeyd olunan ərazilərində ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş və yarıqurumuş vəziyyətdə olan (normal inkişafının bərpa edilməsi mümkün olmayan) ağacların inventarlaşması ilə bağlı aparılan növbəti monitorinq zamanı (Yesenin küçəsi, “Rahat Market”in qarşısında 5 ədəd qurumuş şam ağacından əlavə) “1941-1945 Parkı”nın ərazisində 5 ədəd Şam və 1 ədəd Sərv, “Azqranata Market”in qarşısında 1 ədəd Şam, 3 saylı vərəm sanatoriyasının qarşısında 1 ədəd Şam, “Home Fashion” mağazasının qarşısındakı yaşıllıq zolağında 2 ədəd Şam, “AS Elektrik” mağazası ilə üzbəüz yol ortası yaşıllıq zolağında 1 ədəd Sərv, “Kəbirə Klinikası”nın yaxınlığında 2 ədəd Şam, Gimnaziyanın ətrafında və qarşısındakı parkda 9 ədəd Şam, “Abşeron Market”in qarşısındakı yolun ortasında yaşıllıq zolağında 4 ədəd Şam, ATS-in qarşısında 17 ədəd Şam, “Görüş” kafesinin qarşısındakı, yolun ortasında yaşıllıq zolağında 6 ədəd Şam, “Fast food” adlı obyektin qarşısındakı yaşıllıq zolağında 1 ədəd Şam, Hacı Zeynalabdin Tağıyev küçəsi, Polis İdarəsinin yaxınlığında 3 ədəd Şam, Telman küçəsində, Xəzər Rayon Məhkəməsinin qarşısında 5 ədəd Şam, Yesenin küçəsində (Andromed klinikasının arxası və “Günel” ticarət mərkəzinin qarşısında) 6 ədəd Şam ağacının köküstə quru və bərpası mümkün olmayan halda olduğu müəyyən edilmişdir.

Şam ağaclarının quruması halı son illərdə nəinki Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan və digər şəhərlərdə də müşahidə olunur. Ehtimal ki, bu halda son illlərdə baş verən iqlim dəyişikliyi də rol oynayır. Xəstələnmiş ağacların xilas edilməsi ilə bağlı İsrail və Türkiyə respublikalarından xüsusi mütəxəssislər cəlb olunub.


“Rahat Market”in qarşısında ağacları kəsib yerində yenilərini əkdilər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...