Kirvələrin milyonluq Gömrük əməliyyatı: İlginc faktlar
Son dövrlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Gömrük Komitəsində həyata keçirilən silsilə əməliyyatlar çərçivəsində bir sıra yüksək vəzifəli gömrük generalları vəzifələrindən azad edilib və həbs olunublar.
İki gün əvvəl daha bir general - Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov Gömrük Komitəsi ilə bağlı açılan cinayət işinə cəlb olunub.
Qeyd edək ki, general Kənan Məmmədov artıq tutduğu vəzifədən azad olunub və hazırda hüquq-mühafizə orqanları tərəfindən dindirilir.
Bakupost.az -a Kənan Məmmədovun gömrükdəki fəaliyyəti ilə bağlı bir sıra maraqlı məlumatlar daxil olub.
Bu məlumatların bir qismi onun karyerası - gömrük sistemində idarə rəisi vəzifəsinə necə yüksəlməsi, digər qismi isə korrupsioner fəaliyyəti ilə bağlıdır.
Məlumatlı mənbənin bildirdiyinə görə, Kənan Məmmədov 2018-ci ilə qədər gömrük sistemində nisbətən aşağı postlar tutub. Belə ki, o, əvvəlcə Biləsuvar, Xaçmaz və Tovuz gömrük idarələrində müxtəlif vəzifələrdə çalışıb. Bu illər ərzində Kənan Məmmədov törətdiyi əməllərə görə bir dəfə sərəncama götürülüb. Yalamada (Xaçmaz Gömrüyündə) işlədiyi zaman isə onun gömrük nəzarətindən kənar küllü miqdarda qaçaq pul keçirdiyi səbəbilə gömrük orqanlarından uzaqlaşdırıldığı bildirilir.
Lakin sonradan Kənan Məmmədov gömrük sistemində nəinki öz mövqeyini bərpa edib, hətta daha yüksək vəzifəyə təyinat alıb. Belə ki, Tovuz Gömrük Komitəsində rəis vəzifəsində çalışan Kənan Məmmədov 2018-ci ilin iyununda Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib. Bir il sonra - 2019-cu ildə isə ona general-mayor rütbəsi verilib.
Kənan Məmmədovun karyerasındakı bu sıçrayış təsadüfi olmayıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, hələ Biləsuvar Gömrük İdarəsində çalışarkən, onun hazırda həbsdə olan Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulovla isti münasibətləri yaranıb.
Qeyd edək ki, hər iki şəxsin Babək rayonun Nehrəm kəndindən olduğu bildirilir. Lakin bəzi mənbələr Kənan Məmmədovun nehrəmli olmadığını, Naxçıvan şəhərində doğulduğunu deyirlər. Dəqiq olan isə budur ki, Biləsuvar gömrüyündə çalışarkən, Məsum Rəsulovla isti münasibətlər quran Kənan Məmmədov sonradan bu dostluğu kirvəlik münasibəti ilə daha da möhkəmləndirir. Elə bu məqam da onun karyerasında mühüm rol oynayır. Belə ki, o zaman Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi olan Məsum Rəsulov DGK sədri Səfər Mehdiyevdən Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmasını xahiş edir.
Təbii ki, burada Məsum Rəsulovun da öz maraqları olur. Lakin bəlli olduğu kimi, Məsum Rəsulov Səfər Mehdiyevin ən çox etibar etdiyi şəxlərdən idi və kadr məsələlərini demək olar ki, ona həvalə etmişdi. Beləliklə, Məsum Rəsulovun tövsiyəsi ilə Kənan Məmmədov 2018-ci ildə Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunur və bir müddət əldə etdiyi qeyri-qanuni gəlirləri Məsum Rəsulovla bölüşür. Lakin sonradan tərəflər arasında narazılıq yaranır. Belə ki, Kənan Məmmədovun Məsum Rəsulova fantastik məbləğdə pul atdığı ortaya çıxır. Məlumatlı mənbənin bildirdiyinə görə, bu narazılıq Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəisi vəzifəsindən azad olunması ilə nəticələnir. Onu o qədər də gəlirli olmayan - Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsinə keçirirlər.
Qeyd edək ki, təqribən bir ay əvvəl mətbautda Bakı Baş Gömrük İdarəsinin korrupsiya ittihamı ilə həbs edilən əməkdaşlarından birinin işi üzrə sensasion məlumatlar yayılmışdı. Qeyd olunurdu ki, Xüsusi Gömrük prosedurları şöbəsinin baş inspektoru Elmar Mirzəyev istintaqa ifadəsində bir sıra ilginc faktlar açıqlayıb. Məlumata görə, E.Mirzəyev Bakı Baş Gömrük İdarəsinin rəisi, general Kənan Məmmədovun köməkçisi Elnur, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin köməkçisi Rəşadla işbirliyinə olduğunu etiraf edib.
E.Mirzəyev dolayısı ilə bu işbirliyindən K.Məmmədovla S.Mehdiyevin xəbərdar olduqlarını, onların maraqlarına xidmət etdiyini deyib. Bildirilirdi ki, E.Mirzəyevin istintaqa ifadəsindən əlavə, onun Elnur və Rəşadla telefon danışıqları da çıxarılıb. Bu danışıqlarla əlaqədar hər ikisindən izahat alındığı xəbər verilir. Həmçinin, Elmar Mirzəyevin general Kənan Məmmədovla votsap yazışmaları üzə çıxıb. Məhz bundan sonra Kənan Məmmədovdan kabinetində izahat alındığı da qeyd olunurdu.
Qeyd edək ki, Elmar Mirzəyevlə birlikdə Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov da həbs olunmuşdular. O da maraqlıdır ki, qanunsuz maxinasiyalarda adı hallanan “Global Broker” MMC-nin qeyri-rəsmi sahibin general Kənan Məmmədov olduğu bildirilir.
Bütün bunlar isə onu deməyə əsas verir ki, general Kənan Məmmədov ağır cəza gözləyir...
420 dəfə oxundu