Ziyad Səmədzadənin AMEA prezidentliyinə gedən yolunu kim bağladı? - İLGİNC İDDİA

  Ziyad Səmədzadənin AMEA prezidentliyinə gedən yolunu kim bağladı? -
Ramiz MehdiyevinAzərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyindən kənarlaşdırılmasından sonra onun yerinə kimin gələcəyi barədə müxtəlif versiyalar səslənib.

Bu posta iddialılar arasında ən çox şansı olanlardan biri də deputat Ziyad Səmədzadə olub.

GUNDEMINFO.AZ xəbər verir ki, gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Ziyad Səmədzadə son ana qədər AMEA prezidenti olmaq üçün ciddi səylər göstərib.

Hətta o, bunun üçün hakim elitaya yaxın şəxslərlə də təmasda olub.

Hətta AMEA-nın dəhlizlərində yeni sədrin Səmədzadə olacağı barədə əminliklə danışılıb.

Onun Milli Məclis üzvlərinin əksəriyyətindən fərqli olaraq, birbaşa ölkə başçısı ilə şəxsi münasibətinin də burada rol oynayacağını düşünənlər olub.

Ancaq Səmədzadəyə bu barədə vədlər verilsə də seçkiyə 2 gün qalmış İsa Həbibbəylinin namizədliyi üzərində dayanılıb.

Mənbəmizin bilgisinə görə, Elm və təhsil naziri Emin Əmrullayevin də bu post üçün namizəd irəli sürmək istəyinə “yox” deyilib.

Nazir bu prosesdən ümumiyyətlə, kənarda saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...